Sizin reklam burada 728×90
Son dəqiqə

Paşinyan: 32 hərbçi artıq Ermənistandadır

13.12.2023 16:58 616 1 dəq oxunur
Paşinyan: 32 hərbçi artıq Ermənistandadır
"32 erməni hərbçi Azərbaycan-Ermənistan sərhədini keçib və artıq Ermənistan Respublikasındadır".

Bakunews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Əvvəlcə onlar ilkin tibbi müayinədən keçəcəklər, bundan sonra doğmalarına qayıdacaqlar", - o əlavə edib.

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az