Sizin reklam burada 728×90
Son dəqiqə

Husilər daha bir hücum həyata keçiriblər

15.07.2024 14:06 394 1 dəq oxunur
Husilər daha bir hücum həyata keçiriblər
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror təşkilatı Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları davam etdirirlər.

Bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təşkilatı məlumat yayıb.

Hadisə Yəmənin Hüdeydə limanından 70 dəniz mili (130km) cənub-qərbdə qeydə alınıb.

Faktın araşdırıldığı bildirilir.

Xatırladaq ki, ötən ilin noyabrından bəri husilər Qəzza zolağındakı müharibə fonunda fələstinliləri dəstək məqsədilə Qırmızı dəniz, Ərəbistan dənizi, Ədən körfəzi və Bab-ül-məndəb boğazında gəmiləri hədələ alırlar. ABŞ, Britaniya və Almaniya hücumlara cavabən yanvarda regiona dəniz və hava qüvvələri göndərib. Məhz ABŞ-Britaniya qüvvələri ötən günlərdə Hüdeydə Beynəlxalq Hava Limanına üç aviazərbə endirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az