Sizin reklam burada 728×90
Son dəqiqə

Bu, Putinin böyük qələbəsi deməkdir - Zelenski

29.10.2024 09:25 452 1 dəq oxunur
Bu, Putinin böyük qələbəsi deməkdir - Zelenski
Ümid edirəm ki, Donald Tramp ABŞ-da prezident seçkilərində qalib olacağı təqdirdə Ukraynaya yardımı dayandırmayacaq.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, yardımın dayandırılmasının mümkünlüyü ilə bağlı Trampdan hər hansı söz eşitməyib.

Buna baxmayaraq, Ukrayna lideri bütün riskləri nəzərə aldıqlarını bildirir:

“Söhbət Ukraynaya dəstəyin dayandırılmasından gedir. Bilirsiniz, əgər bu baş versə, Putinin böyük qələbəsi demək olacaq. Qərb üçün isə demokratik və azadlıq baxımından böyük itki olacaq. Düşünmürəm ki, Tramp prezident olacağı təqdirdə həqiqətən də Ukraynaya yardımı dayandıracaq”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az