Sizin reklam burada 728×90
Son dəqiqə

Bəşər Əsədin əmisi oğlu həbs edildi

31.01.2025 19:39 240 1 dəq oxunur
Bəşər Əsədin əmisi oğlu həbs edildi
Suriyanın yeni hakimiyyəti keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcibi saxlayıb.

Bu barədə “Suriya” televiziyası məlumat yayıb.

“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən sayılır və bu addım hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”, - deyə Latakiya Əyalətinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru, polkovnik-leytenant Mustafa Knefati bildirib.

Qeyd olunur ki, Nəcib Latakiyada həbs edilib.

Məlumatda qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dera əyalətində siyasi təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.[sub][/sub]
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az