Sizin reklam burada 728×90
Son dəqiqə

İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib

18.06.2025 18:00 268 1 dəq oxunur
İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
İsrail Müdafiə Qüvvələri (İDF) bu gün səhər saatlarında İranın qərbində yerləşən daha 40-dan çox hərbi obyektə hava hücumları həyata keçirib.

Bu barədə məlumatı İsrail ordusu yayıb.

Bildirilib ki, hücumlar zamanı əsas hədəf raket anbarları və raketlə əlaqəli obyektlər olub.

Hücumda təxminən 25 qırıcı təyyarə iştirak edib.

Bununla yanaşı, qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ötən gecə “Emad” tipli ballistik raketlərlə dolu buraxılış qurğusuna da zərbə endirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az