Sizin reklam burada 728×90
Son dəqiqə

Tramp: ABŞ Qəzza zolağında aclıqla mübarizə planı üzərində işləyir

01.08.2025 18:27 222 1 dəq oxunur
Tramp: ABŞ Qəzza zolağında aclıqla mübarizə planı üzərində işləyir
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında aclıqla mübarizə planı üzərində işlədiyini bildirib.

O, bu barədə “Axios” portalına müsahibəsində deyib.

"Biz insanlara, onların yaşamasına kömək etmək istəyirik. Biz insanların qidalanmasını istəyirik. Bu, çoxdan baş verməli idi", - Tramp bildirib.

ABŞ lideri Qəzza zolağında aclığın hökm sürməsi ilə bağlı xəbərlərdən narahat olduğunu bildirib. O, HƏMAS-ı anklava daxil olan humanitar yardımı oğurlayaraq satmaqda ittiham edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az