İspaniya meymunçiçəyinə yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci yerdədir.
bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xəbərdarlıqları və Fövqəladə Hallar Koordinasiyası Mərkəzinin (CCAES) verdiyi məlumata görə, meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son 5 gündə 220 nəfər artaraq 5162 nəfərə çatıb.
Ölkədə meymunçiçəyi xəstəliyinin ən çox olduğu şəhər 2094 yoluxma halı ilə Madrid olub.
bakunews.az