Sizin reklam burada 728×90
Son dəqiqə

Bu gecə Peterburqu vurmağa hazırıq - NATO-dan AÇIQ TƏHDİD

15.06.2026 18:00 109 1 dəq oxunur
Bu gecə Peterburqu vurmağa hazırıq - NATO-dan AÇIQ TƏHDİD
Rusiya ilə mümkün silahlı münaqişə halında NATO qüvvələri Kalininqrad, Kola yarımadası, Sankt-Peterburq ətrafı və Qara dəniz akvatoriyasında yerləşən hədəflərə zərbələr endirə bilər.

Bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı Holger Noymann  “The Telegraph” nəşrinə verdiyi müsahibədə bildirib.

"Almaniya hərbi əməliyyatlarda “istənilən an - hətta bu gecə” iştirak etməyə hazırdır. NATO daxilində “müxtəlif təhlükəsizlik zonaları” mövcud deyil və alyans üzvlərindən birinə hücum bütün blok üçün təhlükə kimi qiymətləndirilir", - deyə o qeyd edib.

Rusiya rəsmiləri isə dəfələrlə NATO ölkələrinə qarşı hücum planlarının mövcudluğu ilə bağlı iddiaları təkzib ediblər. Rusiya Prezidenti Vladimir Putin 6 iyunda beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bu kimi açıqlamaları “əsassız” adlandırıb.

“Rusiya NATO-ya hücum etmək istəyir kimi fikirlər uydurmadır. Bu nədir belə? Tamamilə əsassız iddialardır,” – deyə Putin bildirib. O, belə bəyanatların hərbi xərclərin artırılması və silah tədarükünün əsaslandırılması üçün istifadə olunduğunu vurğulayıb.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə 2025-ci ilin dekabrında Moskvanın NATO ölkələrinə hücum etməmək barədə hüquqi zəmanət verməyə hazır olduğunu bildirmişdi.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az