Sizin reklam burada 728×90
Son dəqiqə

İsraildə avtobusa hücum: 8 nəfər yaralanıb

14.08.2022 12:41 1 002 1 dəq oxunur
İsraildə avtobusa hücum: 8 nəfər yaralanıb
Bazar günü gecə saatlarında Qüdsün mərkəzində (Beyt əl-Müqəddəs) avtobusa hücum zamanı 8 nəfər yaralanıb.

bakunews.az qaynarinfo-ya istinadən bu barədə İsrailin "Jerusalem Post" qəzetinə istinadən xəbər verir.

İsrail rəsmilərinin verdiyi məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Onlardan birinin qarnından güllə yarası alan hamilə qadın olduğu bildirilir.

İsrail polisi Qərb Divarı yaxınlığında avtobusa atəş açıldığını açıqlayıb. Digər tərəfdən, İsrail mediası Davud peyğəmbərin türbəsinin yaxınlığındakı dayanacaqda atışma baş verdiyini yazıb.

Cinayətkar hadisə yerindən qaçıb. Polis onun istintaqa cəlb olunması üçün əməliyyata başlayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az