Sizin reklam burada 728×90
Son dəqiqə

NATO Avropada hərbi mövcudluğunu gücləndirir

15.08.2022 11:36 1 133 1 dəq oxunur
NATO Avropada hərbi mövcudluğunu gücləndirir
NATO ABŞ-ın 101-ci Hava Desant Diviziyasından Macarıstan, Bolqarıstan, Slovakiya və Rumıniyaya 2400 əsgər göndərməklə Avropadakı hərbi mövcudluğunu gücləndirəcək.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rosbalt.ru Amerikanın Şimali Atlantika Alyansındakı missiyasına istinadən məlumat yayıb.

Missiyanın sosial şəbəkələrdəki mesajında deyilir ki, əsgərlər "NATO-nun şərq sərhədini qorumaq, müttəfiqləri gücləndirmək və düşmənlərin qarşısını almaq üçün” bu ölkələrə göndəriləcək.

Daha əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, NATO Rusiya ilə qarşıdurmaya can atmır və Rusiya onun üçün təhlükə deyil: "Bizim yeni mövcudluğumuz yalnız alyansın nizamnaməsinin 5-ci maddəsinə davam edən ciddi öhdəliyimizi əks etdirir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az