Sizin reklam burada 728×90
Son dəqiqə

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

24.09.2026 10:25 93 1 dəq oxunur
Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər.

"Report" bu barədə Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.

Tərəflər Ermənistan-İran ticari-iqtisadi əlaqələrinin cari vəziyyətini və onların gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.

N.Paşinyan və M.Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Nikol Paşinyan qeyd edib ki, Ermənistan-İran əməkdaşlığı uğurla inkişaf edir və müxtəlif sahələrdə birgə proqramlar həyata keçirilir", - məlumatda bildirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az