Sizin reklam burada 728×90
Son dəqiqə

Putin yeni Kralı təbrik etdi

10.09.2022 19:38 906 1 dəq oxunur
Putin yeni Kralı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlza taxta çıxması münasibətilə təbrik teleqramı göndərib.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Teleqramda Putin III Çarlza uğurlar, cansağlığı və “hər şeyin ən yaxşısını” arzulayıb.

“Əlahəzrət, taxta çıxmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Əlahəzrətə uğurlar, cansağlığı və hər şeyin ən yaxşısını arzulayıram. Hörmətlə, Vladimir Putin”, - teleqramda deyilir.

Xatırladaq ki, şahzadə Çarlz anası kraliça II Elizabetin ölümündən sonra III Çarlz adını alaraq Böyük Britaniyanın yeni Kralı olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az