Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya XİN: “Vaşinqtonun Kiyevə verdiyi silahlar münaqişəni uzadır”

14.07.2022 22:29 908 1 dəq oxunur
Rusiya XİN: “Vaşinqtonun Kiyevə verdiyi silahlar münaqişəni uzadır”
“ABŞ-ın Kiyevdəki səfirliyi etiraf etməlidir ki, Vaşinqtonun Kiyevə verdiyi silahlar münaqişəni uzadır və ölümlə nəticələnir”.


bakunews.azreport-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Diplomat diqqəti ABŞ-ın Ukraynadakı diplomatik missiyasının ölkədəki Amerika vətəndaşlarına bildiriş yayaraq oranı dərhal tərk etməyi, habelə kütləvi toplantılardan və ictimai tədbirlərdən qaçmağı tələb edib, çünki onlar ruslar üçün hərbi hədəfə çevrilə biləcəyi ilə bağlı bəyanata yönəldib.

“ABŞ-ın Ukraynadakı səfirliyi əlavə etməyi unudub ki, Vaşinqton Kiyevə Amerika silahlarını ötürür, ondan istifadə münaqişənin uzanmasına və insanların ölümünə səbəb olur”.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az