Sizin reklam burada 728×90
Son dəqiqə

Antalyada ölü köpəkbalığı adamları qorxutdu

15.07.2022 03:02 519 1 dəq oxunur
Antalyada ölü köpəkbalığı adamları qorxutdu
Antalyanın Kəmər rayonunda dənizlərin sanitarı kimi tanınan və nəsli kəsilməkdə olan boz köpəkbalığının leşi insanları qorxudub.

Səhər saatlarında Kəmər rayonunda kanoe ilə dənizə çıxan vətəndaşlar suyun üzərində 1,5 metr uzunluğunda köpək balığının leşini görüblər. Əvvəlcə bundan narahat olan insanlar daha sonra ölmüş köpəkbalığını kəndirə bağlayaraq quruya çıxarıblar.

Antalya Universitetinin Balıqçılıq fakültəsinin müəllimi, prof. dr. Mehmet Gökoğlu tapılan köpəkbalığının təhlükəli növ olmadığını qeyd edib.

“Bu balıq dənizlərin sanitarıdır. Heç bir zərəri yoxdur. Dərində yaşayır. Gecə su üzünə qalxır. Böyük və ağırdır. Adətən, sahilə yaxınlaşmır. Hazırda ovu qadağandır”, - deyə məlumat verib.//oxu/

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az