Sizin reklam burada 728×90
Son dəqiqə

Ərdoğan Finlandiya-İsveç liderləriylə görüşəcək

27.06.2022 15:45 935 1 dəq oxunur
Ərdoğan Finlandiya-İsveç liderləriylə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistön və İsveç Baş naziri Maqdalena Andersson sabah Madriddə görüşəcək.
bakunews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
"Məqsəd Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələrdə irəliləyiş əldə etməkdir. Mən hər hansı bir söz vermək istəməzdim, ancaq bəyan edirəm ki, biz bu məsələ istiqamətində fəal işləyirik və əlbəttə ki, müttəfiqimizin, Türkiyənin də təhlükəsizlik narahatlıqlarını diqqətə alırıq. Finandiya və İsveç NATO-ya üzv olmaqla bağlı tarixi qərar veriblər, bu bizim təhlükəsizliyimizi, Transatlantik regionu gücləndirəcək və regionda sabitliyə və təhlükəsizliyə töhfə verəcək", - NATO Baş katibi vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az