Sizin reklam burada 728×90
Son dəqiqə

Sudanda beş aydan çoxdur davam edən vətəndaş müharibəsi bitə bilər

22.09.2023 12:57 309 1 dəq oxunur
Sudanda beş aydan çoxdur davam edən vətəndaş müharibəsi bitə bilər
Sudanın Çevik Dəstək Qüvvələri (xüsusi təyinatlılar) atəşkəs müqaviləsini imzalamağa və ölkə ordusunun nümayəndələri ilə sülh danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.

Bu açıqlama ilə Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo çıxış edib.

“Çevik Dəstək Qüvvələri Sudanda atəşkəsə və Sudan böhranının sülh yolu ilə həllinə, həmçinin mülki hökumətin qurulmasına gətirib çıxaracaq hərtərəfli siyasi danışıqlara tam hazırdır”, - Məhəmməd Həmdan Daqalonun BMT-yə müraciətində qeyd olunub.

M.H.Daqalo əlavə edib ki, Çevik Dəstək Qüvvələri beynəlxalq humanitar yardımın əhaliyə çatdırılmasını təmin etməyə və mülki şəxslərin münaqişə zonalarından çıxması üçün təhlükəsiz dəhlizlər yaratmağa hazırdır.
Qeyd edək ki, Sudan ordusu ilə qiyamçı Çevik Dəstək Qüvvələri arasında cari ilin aprelin ayından davam edən vətəndaş müharibəsi ölkədə siyasi və humanitar böhrana səbəb olub.

Mənbə: Al Hadath
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az