Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani İsrailin Qəzzaya hücumlarına etiraz edib.
BakuNews.az xəbər verir ki, o qeyd edib: “Artıq bəsdir! İsrailin sərhəd qoymadan insan öldürməsinə səssiz qalmaq olmaz!”
Qeyd edək ki, Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ölənlərin sayı 5 min 87-yə yüksəlib. Yaralıların sayı 15 min 273-ə çatıb.
HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. Ardınca İsrail cavab hücumları təşkil edib.