Sizin reklam burada 728×90
Son dəqiqə

İlham Əliyev ADA Universitetində Beynəlxalq Forumda çıxış edir - CANLI

06.12.2023 11:01 704 1 dəq oxunur
İlham Əliyev ADA Universitetində Beynəlxalq Forumda çıxış edir - CANLI
İlham Əliyev ADA Universitetində Beynəlxalq Forumda çıxış edir - CANLI


Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilir.

Tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edir.

***

09:40

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az