Sizin reklam burada 728×90
Son dəqiqə

İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb - Nazir açıqladı

29.01.2024 09:52 388 1 dəq oxunur
İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb - Nazir açıqladı
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, İstanbuldakı Santa Mariya Kilsəsinə hücuma görə 47 nəfər saxlanılıb.

Əməliyyat çərçivəsində 30 müxtəlif ünvana eyni vaxtda basqın edilib.

Bildirilib ki, cinayətdə şübhəli bilinən 2 nəfər də saxlanılıb, onlardan biri Rusiya, digəri isə Tacikistan əsillidir.

Nazir vurğulayıb ki, hər 2 şəxsin İŞİD terror təşkilatının üzvü olduğu dəyərləndirilir.

Qeyd edək ki, dünən baş verən hadisə zamanı kilsədə ibadət edən 1 nəfər qətlə yetirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az