Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyəni Münhen Təhlükəsizlik Konfransında o təmsil edəcək

16.02.2024 10:58 743 1 dəq oxunur
Türkiyəni Münhen Təhlükəsizlik Konfransında o təmsil edəcək
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ölkəsini bu gün başlayan 60-cı Münhen Təhlükəsizlik Konfransında təmsil edəcək.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, İ.Kalın konfrans çərçivəsində xarici həmkarları ilə fikir mübadiləsi aparacaq.

MİT rəhbərinin görüşlər zamanı regional və beynəlxalq məsələlər, terrorla mübarizə, Qəzzadakı son vəziyyət, Rusiya-Ukrayna müharibəsi kimi məsələləri müzakirə edəcəyi gözlənilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az