Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya ixraca qadağa qoydu: benzin bahalaşacaq?

28.02.2024 17:10 333 1 dəq oxunur
Rusiya ixraca qadağa qoydu: benzin bahalaşacaq?
Rusiyadan əsas aldığımız “Premium” markalı benzindir. Ona görə də hazırkı qadağanın Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın martın 1-dən benzin ixracına qadağa qoymasının Azərbaycanda yanacağın qiymətinə təsiri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın yanacaq ixracatına qadağa qoyması birinci dəfə deyil:

“Bundan öncə də bənzər addımlar atılıb. Amma bəzi ölkələrə kvotalarla ixracın həyata keçirilməsinə icazə verilirdi. Tam qadağa deyil. Azərbaycan əvvəllər o kvotalardan istifadə edib”.

Ekspert bildirib ki, Azərbaycanda yanacağın qiymətinin tənzimlənməsi Rusiya amilindən asılı deyil:

“Birincisi, neftayırama zavodundakı təmirin böyük hissəsi başa çatıb. İkincisi isə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzindən başqa, digərləri dövlət tərəfindən tənzimlənir, dünya bazarı ilə birbaşa əlaqəli deyil. Hansısa bir dəyişiklik olacağını düşünmürəm”.( Axar)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az