• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Evlilikdə 17+ müzakirələri

Gündəm / Cəmiyyət

1-03-2024, 10:03

Evlilikdə 17+ müzakirələri


Ekspert: “Erkən yaşda nişan edənlər də hüquqi məsuliyyət daşımalıdır”

“2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. 2021-ci illə müqayisədə 361 nəfər artım olub”. APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.

Taliyə İbrahimova həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib: “Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb.

Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".

Taliyə İbrahimova deyib ki, nikah yaşının istisna hallarda 17-yə salınması məsələsi bəzən sui-istifadəyə gətirib çıxarır. Onun sözlərinə görə, bununla bağlı statistika ürəkaçan deyil: “Eyni zamanda 15-17 yaşlı qızların dünyaya gətirdiyi körpələrin sayında 2022-ci ildə artım müşahidə edilib. Bunlar da onu göstərir ki, maarifləndirmə strategiyası erkən nikahların qarşısının alınmasında o qədər də müsbət nəticə vermir. Bu sahədə qanunvericiliyə dəyişikliklərin edilməsi zəruridir. İl ərzində Dövlət Komitəsi 30-40 erkən nikah halının qarşısını alır. Ümumilikdə isə 2022-ci ildə 300-ə yaxın erkən nikahın qarşısı alınıb”.

Vüqar İskəndərov
Milli Məclisin deputatı Vüqar İskəndərov nikah yaşının 17-yə salınması təklifi ilə razılaşmadığını bildirib. Jurnalistlərə açıqlamasında erkən nikahların qarşısının alınması məsələsində qanunların daha sərt olmasının vacibliyini vurğulayıb:
"Nikah yaşının 17-yə salınması təklifi ilə razı deyiləm. Fikrimcə, qanunlar bu sahədə daha yaxşı işləməlidir. Təbii ki, Milli Məclisin üzərinə də vəzifə düşür. Yəqin ki, gələcəkdə qanunlara yenidən baxmalıyıq. Erkən nikahların qarşısının alınması məsələsində qanunlar daha sərt olmalıdır".

Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. Qanunvericiliyə əsasən, həm oğlanlar, həm də qızlar 18 yaşı tamam olduqda rəsmi nikaha daxil ola bilərlər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə, nikahlar etibarsız sayılır.

Lakin Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarının xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub
: “Bu konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirir. Ümumiyyətlə, Azərbaycanda nikah yaşı beynəlxalq konvensiyalara uyğun olaraq 18 yaş müəyyən edilib. 2011-ci ilə qədər vəziyyət başqa idi. Onda nikah yaşı 17 olduğuna görə bəzən erkən nikahla bağlı statistika daha çox qeydə alınırdı. 2011-ci ildə artıq nikah yaşı 18-ə qaldırıldıqdan sonra erkən nikahlarla bağlı statistika təqribən 50 faiz enməyə başladı. Ancaq bu gün hələ də 17 yaş nikah üçün istisna yaş həddi kimi qeyd olunur və bundan da həm yerli icra strukturları, həm uşaqlarını erkən nikaha cəlb edən valideynlər sui-istifadə edirlər. Yəni 17 yaş - istisna yaş həddindən sui-istifadə edirlər. Bu istisna halda qeyd olunur ki, valideynlərin bir və ya hər ikisi ağır xəstə olarsa, nikah yaşı ertələnir. Əgər tərəflər xaricə gedirsə, nikah yaşı ertələnə bilər. Bütün bunlar hamısı yerli icra strukturlarına və valideynlərə nikah yaşının aşağı salınması üçün imkan yaradır. Əlbəttə, bu amillər də Azərbaycanda erkən nikahların statistikasına təsir göstərir. Azərbaycanda erkən nikah statistikasında dinamika hiss olunur, xüsusilə də bölgələrdə bu açıq görünür. Çünki regionlarda valideynlərin əksəriyyəti elə düşünür ki, qızı nə qədər tez ərə versələr, problemləri azalmış olacaq. Əsl problem bundan sonra başlayır. Çünki erkən nikaha daxil olmuş qız ali təhsildən yayındırılır, ekstremal vəziyyətlərə hazır olmur. Bunlar boşandıqda özləri müstəqil şəkildə ayaq üstə dura bilmirlər, ali təhsilləri olmadığına görə müvafiq iş tapa bilmirlər. Bu səbəbdən də insan alveri qurbanına çevrilirlər. Eyni zamanda erkən nikaha cəlb olunmuş qızlar arasında ana ölümlərinin sayı daha çox olur. Bunun fəsadlarını, əlbəttə, valideynlər görməzdən gəlirlər. Bunun həm də demoqrafik səbəbləri var. Regionlarda demoqrafik vəziyyət fərqlidir. Belə ki, gənc oğlanlar iş üçün paytaxta və digər ölkələrə üz tuturlar. Qızlar ali təhsil ala bilmədiklərinə görə rayonlarda qalır, təsərrüfat işlərinə cəlb olunurlar. Hətta qızların çoxunu 9-cu sinifdən çıxarırlar. Uşaq əməyi istismarı kimi valideynlər tərəfindən əməyə cəlb olunurlar. Həm də o qızların başları ailə qurmaq fəlsəfəsi ilə doldurulur. Ya adaxlayırlar, ya da nişanlayır, erkən nikaha cəlb edirlər. Bölgələrdə vəziyyət bu cür olur. Valideynlərdə belə narahatlıq var ki, oğlanlar ölkəni tərk edirlər, qızlar evdə qalıb qarıyacaqlar. Ona görə ilk fürsətdə kim olursa-olsun verirlər. Bir çox hallarda bu izdivaclar da yarımçıq qalır, oğlan yenə də qızı rayonda qoyur, özü paytaxta gedir, ya da ölkəni tərk edir”.

Ekspertə görə, bütün bunların qarşısının alınması üçün bölgələrdə mənəvi həyatın canlanması lazımdır: “Gənclərin yalnız mənzil şəraitinin yaxşılaşması deyil, bölgələrdə onların mənəvi həyatları, asudə vaxtları təmin olunmalıdır. Bölgələrdə də əyləncə mərkəzləri, mədəniyyət evləri olmalıdır. Gənclər rayonda da öz mənəvi dünyasını tapmalıdır. Kəndlərdə bu vəziyyət düzələrsə, erkən nikahların da qarşısı alınar. Erkən nikahların qarşısını almaq üçün həm də orta məktəblərdə yeniyetmə və gənclərlə iş aparılmalıdır. Azərbaycanda tanınmış, ictimai-siyasi həyatda rolu olan qadınları rayonlara cəlb etmək lazımdır, məktəblərdə görüşlər təşkil etmək lazımdır ki, gənc qızlar özlərinə örnək götürsünlər. Çox yaxşı olardı ki, icbari təhsil 9-cu sinfə kimi yox, 11-ci sinfi əhatə etsin. Çünki rayonlarda qızlar 9-cu sinfə çatan kimi onları məktəbdən ayırırlar, işlərə cəlb edirlər. Əgər icbari təhsil 11 illik olarsa, məktəbin də həmin qızlar üzərində təsiri olacaq. Bəzən aztəminatlı ailələrin valideyni övladlarına ali təhsil verə bilmədiklərinə görə tez ərə verirlər. Sahibkarlar belə ailələrə yardım edə bilər, təhsil almalarına kömək edə bilərlər. Bir də nişanlanma kimi törənləri edənlər də hüquqi məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə, bəziləri bu adla övladlarını erkən nikaha sövq edirlər”.(Yeni Müsavat)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

14-02-2024, 15:50

Evlənənlər azalıb, boşananlar çoxalıb - Rəsmi statistika

Hadisə

27-12-2022, 20:44

Tovuzda 13 yaşlı qızın ərə verilməsiylə bağlı İDDİA

Sosial

27-10-2023, 12:24

"İnsanlar heç bir səbəbə görə həyatdan məhrum edilməməlidir" - Komitə sədri

Bölgə

17-06-2023, 18:17

Tovuzda RƏSMİ TALAN…

Bölgə

24-08-2023, 13:44

Rəcəb Babaşov azyaşlı qızın evlənməsinə icazə verdiyi üçün işdən çıxardığı sabiq nümayəndəsinə vəzifə verib

Video / Bölgə

29-04-2023, 16:13

Zaqatalada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib - FOTO/VİDEO

İqtisadiyyat

2-11-2023, 14:49

Mikayıl Cabbarov: “Cari ildə qeyri-neft-qaz sektorunun bütün sahələrində artım qeydə alınıb”

Cəmiyyət

4-01-2024, 05:14

Nişanlanmağa məcbur edilən 12 yaşlı qızın atası HƏBS EDİLDİ

Cəmiyyət

19-05-2023, 18:08

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində regional konfrans keçirilib

Gündəm / Sosial

19-12-2023, 13:16

"Uşaq pulu" məsələsi parlamentdə: Deputat Komitə sədrinə sual ÜNVANLADI

Cəmiyyət / Bölgə

25-08-2022, 18:36

Tovuzda pedofillik edən şəxs həbs edildi

Gündəm / Bölgə

12-09-2023, 13:38

Ayaz Əsgərov DÖVLƏTƏ NECƏ KƏF GƏLİR...

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
Xəbər lenti
  • Dünən, 19:34
    Yusif Seyidova icra hakimiyyətində YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
  • Dünən, 19:00
    Biznes Şurası - Bakı və Berlin arasında iqtisadi dialoqun yeni səviyyəsi kimi
  • Dünən, 18:30
    Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
  • Dünən, 18:04
    GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
  • Dünən, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Dünən, 17:40
    Baku TV-nin çəkiliş qrupu Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb.
  • Dünən, 17:25
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • Dünən, 15:34
    Ömürlük əlil və azyaşlı uşaq avtobus sürücüsünün kobud davranışı ilə üzləşdi – BakuBus-dan araşdırma tələb olunur
  • Dünən, 15:30
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • Dünən, 15:08
    Özəl Klinikalara nəzarət itib - "Vital Hospital"da ölü doğulan uşağı zirzəmiyə atıblar - VİDEO
  • Dünən, 14:57
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • Dünən, 14:48
    Adil Vəliyev qanun-qayda-tanımır? - Agacları məhv edib tikinti aparanlara yaşıl işıq... - VİDEO
  • Dünən, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
  • Dünən, 14:06
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Dünən, 14:00
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Dünən, 13:31
    Cavid Qurbanov Mariana Vasilevaya niyə vəzifə verdi? -Pərdəarxası səbəblər
  • Dünən, 13:18
    Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
  • Dünən, 13:05
    KTM bizi necə lağa qoydu? - Milyonlar ayrılan səhiyyə və PVC su borusundan xərək...
  • Dünən, 12:54
    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
  • Dünən, 12:12
    Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
  • Dünən, 11:59
    Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
  • Dünən, 11:43
    Naxçıvanda Fuad Nəcəfli Dövrünün Rəzalət Xronikası-Batabatda Şərab Süfrələri, Dövlət Postunda Savadsız Xanımlar!
  • Dünən, 11:34
    Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
  • Dünən, 10:21
    İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
  • Dünən, 10:00
    "Axios": Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif edib
  • Dünən, 09:30
    Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
  • Dünən, 09:00
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
  • 20-07-2026, 23:21
    Bakı Merinin tapşırığı Yasamalda niyə işləmir? Mübahisəli tikinti diqqət mərkəzində VİDEOFAKT
  • 20-07-2026, 21:38
    FHN-dən Sədərək bazarında baş verən yanğınla bağlı yayılan görüntülərə aydınlıq gətirildi
  • 20-07-2026, 20:09
    MN nümayəndə heyəti Yaşar Gülerlə görüşdü
  • 20-07-2026, 20:01
    Nyu-Yorkda naməlum şəxs "Federal Plaza"nın qarşısında yanğın törədib
  • 20-07-2026, 19:44
    Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT
  • 20-07-2026, 18:21
    Dubaydan gəlməyən avtomobillər, itib-batan pullar
  • 20-07-2026, 18:01
    "UĞUR-777" Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
  • 20-07-2026, 17:22
    Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə