• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Gündəm / Dünya

11-05-2024, 10:41

Xəbər verildiyi kimi, mayın 9-da Azərbaycanla sərhəd kəndindən keşiş Baqrat Qalstanyanın başçılığı ilə başlayan yürüş İrəvanda davam etdirildi. Yürüşün delimitasiyanın dayandırılması tələbi ilə İrəvanda böyük mitinqlə tamamlanması gözlənilirdi. Amma heç də gözləntilər özünü doğrultmadı, lakin aksiyalar davam edir. Əsas hədəf Paşinyanın istefasına nail olmaqdır. Bunun üçün hətta ona ilk an üçün bir saatlıq vaxt da verilmişdi. Lakin nəticə hələ ki, əldə olunmayıb.

“Baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri İrəvanda keçirilən etiraz aksiyasına başçılıq edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Onun sözlərinə görə, məsələ parlamentdəki fraksiyalarla müzakirə olunacaq, müəyyən məsləhətləşmələr aparılacaq. “Bütün siyasi meydan bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”, - deyə keşiş vurğulayıb.

O deyib ki, parlamentdəki müxalifət fraksiyası ilə müzakirələr aparılır.

Keşiş qeyd edib ki, müxtəlif adlar müzakirə olunur.

“Bizim hərəkat indiyədək siyasi proses olmayıb. İndi, fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni şəkildə başa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq”.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələrinin təşəbbüsü əsasında müxalif “Vətən naminə Tavuş” hərəkatının üzvləri ilə danışıqlar aparılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın liderlərindən biri, politoloq Suren Petrosyan açıqlayıb.

Onun sözlərinə görə, bu təşəbbüs tərəflər arasında maneələrin aradan qaldırılmasına yönəlib: “Məqsədimiz qarşıdurma deyil, barışıqdır. Biz barrikadaların əks tərəfində dayanmağa deyil, onları dağıtmağa çalışırıq”, - deyə Petrosyan qeyd edib.

Qalstanyan Kanada vətəndaşı imiş.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Onun bu halda baş nazir postuna namizəd olması mümkün deyil.

Qeyd edək ki, bundan əvvəl keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Baqrat Qalstanyan baş nazir postuna namizəd ola bilər.

Nikol Paşinyan iqtidarı əleyhinə başlamış yeni hərəkatın qəmli sonluğu gəldimi? Radikal revanşistlərə niyə geniş ictimai dəstək yoxdur? Axı bu dəfə ilk baxışda “siyasi müxalifət” yox, erməni kilsəsi, keşişlər öndə gedir?

Dinc yolla hakimiyyəti dəyişə bilməyən radikallar bunun ardınca Paşinyana qarşı sui-qəsd cəhdləri işə sala bilərmi?

Deputat Bəhruz Məhərrəmov maraqlı qüvvələrin proseslərə mane olmaq üçün hərəkətdə olduqlarını söylədi: “Ermənistanın Tavuş vilayətində başlamış və xüsusən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın aprelin 19-dakı iclasından sonra daha geniş miqyas alan aksiyalar ilk növbədə Qərbin, yəni konkret olaraq bu bölgədə sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxan subyektlərin təşkil etdiyi bir prosesdir. Fransanın Ermənistandakı səfirinin Ermənistan mediasına müsahibəsindən də aydın görünür ki, Qərb bu bölgədə Bakı və İrəvan arasında əldə olunan razılığın artıq real sülhün addım səsləri olduğunu başa düşür və anlayır ki, bu prosesin dayandırılması üçün ilk növbədə 19 aprel sazişi pozulmalıdır. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan təhrikçi kimi çıxış etməyə başladığı, kilsə və diasporun dəstəklədiyi, eyni zamanda Ermənistanın daxilində revanşist qüvvələrin aktiv rol aldığı bu aksiyaların artıq İrəvanı əhatələməsi göstərir ki, sülh üçün unikal imkanın yarandığı bir dövrdə maraqlı qüvvələr prosesə maneə olmaq cəhdlərində israrlıdır. Bu əslində məlum ssenaridir və bildiyiniz kimi, 27 oktyabr 1999-cu il tarixində bir neçə terrorçunun Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyan olmaqla spikerin müavinləri, bir hökumət üzvü və üç deputatın güllələnməklə Robert Köçəryanı və Serj Sərkisyanı siyasi rəqiblərini meydandan götürərək sülh prosesini dalana dirəmişdilər. Maraqlıdır ki, müharibədən sonra, xüsusən antiterror tədbirlərinin ardınca qınına çəkilmiş ”Qarabağ klanı"da artıq “kilsə aksiyalarına” qoşulub və bu təsadüf hesab edilə bilməz.

Aydındır ki, Paşinyan özü də Qərbin kadrıdır, məhz Qərbin ssenarisi üzrə meydanlardan hakimiyyətə gəlib. Amma görünən odur ki, Paşinyanın Azərbaycanın yaratdığı reallıqlar fonunda praqmatik düşünməkdən başqa çarəsi qalmadığı bir dövrdə, sülh və sabitlikdən başqa çıxış yolunun olmadığı və Ermənistan dövlətçiliyinin mövcudiyyətini ancaq bu formada qoruya biləcəyini anladığı bir vaxtda Qərb Paşinyandan artıq üz döndərib. Fransa başda olmaqla şər blokuna bölgədə münaqişəni davam etdirməkdə israrlı olan, reallıqları görməzdən gələn yeni bir lider lazımdır. Nəticə etibarilə “Qarabağ klanı”nın prosesə qoşulması, həmçinin hakimiyyət daxilində hazırda da vəzifə tutan bir sıra şəxslər, o cümlədən Ermənistan Təhlükəsizlik Şurasının katibi, həmçinin xarici işlər nazirinin bu proseslərdə nisbətən arxa plana çəkilməsi artıq yeni müttəfiqlərlə bağlı fikir yürütməyə əsas verir. Bir sözlə reallıqdır ki, proseslərin təhlükəli istiqamətdə cərəyan edir və xüsusən, xarici işlər nazirlərinin Almata görüşü fonunda və COP29-a qədər sülhün əldə edilməsinə dair iradə ifadə olunduğu bir dövrdə proseslərin bu cür inkişafı arzuolunan deyil. Amma istənilən halda bu proseslər Ermənistanın daxili məsələləridir və Azərbaycan hərbi-siyasi yolla elə bir reallıq yaradıb ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu bölgədə cənab İlham Əliyevin yaratdığı status-kvo dəyişməzdir".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Paşinyanın hər bir plana qarşı hazırlıqlı olduğunu qeyd etdi: “Baqrat Qalstanyanın Tavuşdan başladığı yürüşün yol boyu izdihamlı olmayacağı, yalnız İrəvanda onlara qoşulanların daha çox olacağı öncədən proqnozlaşdırıldı. Əslində bu etirazların kökündə, yəni onun təşkilində, idarə olunmasında əsas rolu Köçəryan, Sərkisyan və onlara yaxın qruplar oynayır. Kilsənin də bu işlərə qarışması etiraz dalğasını müəyyən qədər böyütsə də, yenə də kütləvilik ”Qarabağ klanı" vasitəsilə təmin olunur. Bunlar Ermənistan hakimiyyəti üçün sirr deyil və Paşinyan böyük ehtimalla proseslərin nəzarətdən çıxmaması üçün planlarını hazırlayıb. O səbəbdən onda rahatlıq var. Eyni zamanda, düşünmək olar ki, Paşinyan bəlkə də bu etirazlardan dolayı Azərbaycanla danışıqlarda müəyyən şərtlər irəli sürər və bu da o anlama gələr ki, hazırkı durumda baş verənlər rəsmi İrəvanın maraqları daxilindədir. Yəni belə bir plan olsa belə bəlli bir həddən sonra nəzarətdən çıxıb təhlükəli məcrayaya yönələcəyi halda onun qarşısını almaq da çətin olacaq. O səbəbdən bu gün yaxud sabahdan etibarən etirazların yatırılması və təşkilatçıların neytrallaşdırılması istiqamətində işlərin başlanması gözlənilir. Paşinyana istefası ilə bağlı verilən ultimatumlar, tələblər, təhdidlər düşünürəm ki, bir fayda verməyəcək. Hətta istefa vermək istəsə belə birincisi buna dostları imkan verməyəcək, ikincisi bu gün üçün az ehtimal olsa da belə bir addım olacağı halda Paşinyan komandasından başqa birinin baş nazir olacağı da şübhəsizdır. Bu isə etirazçıları qane eləmir. Həm də nəzərə alınmalıdır ki, baş nazir parlamentdə seçilir və parlamentdə isə mütləq çoxluq Paşinyanın partiyasındadır. Yəni müxalifətin siyasi yolla istəyinə ən azı növbəti parlament seçkilərinə qədər çatması çox çətindir. Qalır qeyri konstitusion yolla buna cəhd etmək. O zaman belə planın işartılarının görünməsi kifayət edəcək ki, Paşinyan etirazları birdəfəlik yatırdıb, təşkilatçılarını uzun müddətə həbsə göndərsin. Yəni fors-major hadisələr baş verməyəcəyi halda bugünkü etirazların dalğasında Paşinyan istefa vermək haqqında düşünməyəcək, əksinə özünün ənənəvi müxalifətini birdəfəlik meydandan silməsi üçün yaranan şəraitdən istifadə edəcək. Nəzərə almaq lazımdır ki, kilsənin öndə olması təbliğatı getsə də, insan etirazlara Qarabağ klanının rəhbərlik etdiyini yaxşı bilir və uğur qazanacaqları halda hakimiyyətin yenidən bu klan vasitəsilə formalaşacağını yaxşı anlayırlar. Eyni zamanda, həmin komandanın müharibə, revanş ritorikası da insanları çox qorxudur. Çünki bilirlər ki, yeni müharibə onlar üçün övladlarının itkisi deməkdir".

REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərli İrəvandakı proseslərlə bağlı maraqlı bir status paylaşıb: “İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq, çünki, kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan ”keşiş Qaponun", Qalstanyanın gedib Köçəryanla görüşməsindən, “Qarabağ klanının” bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indidən söyləmək mümkündür. Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir, yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır - yaxşı, Qarabağ klanı, kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər - orta statistik ermənini bu mövzular ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur - yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir.

Aksiyaya İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi, amma bundan sonra o qədər insanın yığışacağını düşünmürəm - hə, bir də, əgər məlum olsa ki, meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır...".

“Yeni Müsavat”

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

2-05-2024, 15:49

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

Dünya

8-05-2024, 10:32

Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

Gündəm / Video

15-01-2024, 12:04

İrəvanda üzərində türk bayrağı olan oyuncaqlar satılmağa başlandı... - VİDEO

Dünya

10-08-2022, 13:55

Pedofil keşiş həbs edildi

Dünya

15-08-2022, 20:48

İrəvanda partlayışda ölənlərin sayı 7-yə çatdı

Cəmiyyət

10-08-2022, 17:54

Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsov

Siyasət

2-08-2022, 15:10

Ermənilərin sərhəddəki təxribatlarında Rusiya İZİ - "Bomba" İrəvanda PARTLAYACAQ

Gündəm / Olay

17-10-2023, 16:36

Qondarma rejimin özünü buraxması qərarı dəyişdirilir

Gündəm / Siyasət

10-08-2022, 14:36

Xankəndi Bakının nəzarətinə keçir

Gündəm / Dünya

12-03-2024, 13:19

Nikoldan Qazaxın 7 kəndi ilə bağlı yeni həyasızlıq

Dünya

7-07-2023, 16:07

Zelenskinin kortejinə hücum edən "keşiş" siyasətçi imiş - VİDEO

Siyasət

6-11-2022, 17:12

"Türkiyə İrəvanla ultimatum dili ilə danışmamalıdır" - İrəvandakı mitinqin gülünc "bəyanat"ı - VİDEO

Araşdırma
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Hadisə
Dünən, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
15-07-2026, 16:45
14 il şiddət görən qadının əri saxlanıldı
Xəbər lenti
  • Bu gün, 19:00
    Pakistan Hindistan aviasiyası üçün məhdudiyyətləri avqustun 24-dək uzadıb
  • Bu gün, 18:30
    Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
  • Bu gün, 18:00
    İrəvanda Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
  • Bu gün, 17:30
    Bella Hadid kovboyla sevgilidir?
  • Bu gün, 17:00
    Tramp onun taktikasını tənqid etdi
  • Bu gün, 16:57
    73 yaşlı Abbaszadə DİM-dən gedir - Son qəbul...
  • Bu gün, 16:28
    FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
  • Bu gün, 15:43
    İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
  • Bu gün, 13:28
    Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
  • Bu gün, 13:17
    ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 13:09
    Gəncədə müəllimə ilə bağlı qalmaqallı iddialar: Sələmçilik və etikadan kənar səs yazısı müzakirə mövzusu olub
  • Bu gün, 13:05
    "AzParking" vətəndaşları soyur - Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video
  • Bu gün, 12:55
    Bazar günü Bakıda 33 dərəcə isti olacaq
  • Bu gün, 12:39
    “Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
  • Bu gün, 12:16
    Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik
  • Bu gün, 12:11
    “MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir?
  • Bu gün, 11:49
    Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
  • Bu gün, 11:35
    Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar:“Tomoqrafiya bazarı”ndan tutmuş “ailə podratı”na qədər…nda
  • Bu gün, 11:00
    HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib
  • Bu gün, 10:49
    Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
  • Bu gün, 10:39
    İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb
  • Bu gün, 10:28
    Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
  • Bu gün, 09:52
    Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
  • Bu gün, 09:43
    Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
  • Bu gün, 09:33
    BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
  • Bu gün, 09:28
    Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
  • Bu gün, 09:17
    Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
  • Dünən, 20:07
    Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
  • Dünən, 18:56
    "Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH
  • Dünən, 18:28
    "Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
  • Dünən, 17:37
    Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb
  • Dünən, 15:00
    Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub
  • Dünən, 14:05
    Ramazan Nəbiyevə yüksək vəzifə verildi
  • Dünən, 14:02
    Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
  • Dünən, 13:42
    Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə