• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Ölkədə pulsuz tualet yoxdur, o ki qaldı, pulsuz qan olsun" - Mərkəzi Qan Bankının açıqlamasına reaksiyalar

Gündəm / Cəmiyyət

19-07-2024, 16:39

Məhərrəm ayında alqışa layiq və müsəlmana yaraşan ən gözəl adətlərdən bir də heç şübhəsiz ki, qanvermə aksiyasında iştirak etməkdir. Beləliklə, baş-gözünü yarıb, özünə xəsarət verən insanların sayı həm azalmış olar, həm də necə deyərlər, boşuna axıdılan qan, hansısa ehtiyac sahibi xəstənin damarında "can tapar".
Bu il də həmin qanvermə aksiyalarında ölkənin müxtəlif regionlarında keçirilib və Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, təkcə Bakı şəhəri üzrə 1378 nəfər qanvermə aksiyasında iştirak edib, ümumi ölkə üzrə isə 1040 litr qan toplanıb.

Onlarla litr qanın hər halda, xəstələrə, ehtiyac sahiblərinə pulsuz verildiyini düşünürək, bununla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik. Nazirlikdən məlumat təsdiqləndi və bildirildi ki, bəli, həqiqətən də, qanvermə aksiyalarında toplanan qan komponentləri ödənişsiz və qeyd-şərtsiz buraxılır, donorluq da ödənişsizdir. Mərkəzi Qan Bankı da Aşura günü toplanan qanların istifadə təyinatı barədə yerli mediaya açıqlama verib və bildirilib ki, qanlar xəstələrə ödənişsiz verilir.

Məlumdur ki, insanların Aşura günü verdikləri qan ehsan yerinə keçir və İslam dininin gərəyi olaraq, ehsan pulla satıla bilməz. Qurum bu istiqamətdə "müsbət" açıqlama vermiş olsa da, sosial şəbəkə istifadəçiləri bu məsələnin tam əksini iddia edirlər.

Məsələn, ilahiyyatçı Tural İrfan ötən yazılarımızdan birində bu haqda bildirmişdi ki, "ehsan adı ilə toplanan qanların pulsuz verilməsindən söhbət belə gedə bilməz, toplanmış onlarla litr xəstələrə pulla satılır".

Daha sonra biz bu xəbəri saytımızın rəsmi "facebook" səhifəsində yayımlayıb, istifadəçilərin reaksiyasını öyrənməyə çalışdıq. Nəticəni bəlkə də "skandal" da adlandırmaq olar. Çünki bir nəfər belə olsun, qurumun dediyini təsdiq etmir.

Məsələn, Fərman Həsənov yazır: "Yaxın tanışımdan 400 qram qan üçün 200 manat pul aldılar. Bu məmləkətdə pulsuz tualet yoxdur, pulsuz qan hardan olsun?".

İmran Hüseynli isə qanın qiymətini daha da dəqiqləşdirərək, qeyd edib ki, qanın 400 qramının qiyməti 150 manatdır: "Biz guya sığorta ilə açıq ürək əməliyyatı elətdirdik. Diaqnoz Tibb Mərkəzinə 6 min manat pul ödədik. Əlavə olaraq, istifadə olunacaq qanın əvəzində 3 nəfərdən də qan aldılar. Belə anlaşılır ki, qanı ancaq bizdən havayı ala bilərlər. Nəinki qanımızı, elə canımızı və pulumuzu da. Ancaq heç kim bizə bir zərəni belə pulsuz verməz".

Heydər Xəlilov şərhində bildirir ki, pulsuz heç kimə qan verməzlər: "Əlbəttə ki, pulla satırlar. Bunlar heç kimə qanı pulsuz verməzlər. Xəstə ölsə də, çönüb baxmazlar".

Şərhləri oxuduqca, düşünürsən ki, yaxşı, qoy, bunun 5-i, 10-u, lap 20-si qərəzli fikir bildirsin, bəs yerdə qalanlar? Heç mi razı qalan yoxdur?

Sosial şəbəkələrdəki şərhlər media əsrində insanların tərəzisidir. Əvvəllər xalqın gözü tərəzi idisə, indi yazdıqları şərhlər tərəzidir. Qurum öz rəsmi açıqlamasını vermiş olsa da, hər halda bu qədər insanın bir ağızdan yalan danışması da ağıla və məntiqə sığan şey deyil.

Məsələn, Sənan Hüseynov həm istifadəçilərə, həm də elə qana ehtiyacı olan insanlara olduqca maraqlı bir sual verir: "Kiminsə rastına çıxıbmı ki, xəstəyə qan köçürülsün, amma ödəniş etmək istəsəniz, desinlər ki, "xeyr, bu, Aşurada verilən ehsan qandır, pulsuzdur". Belə bir halla qarşılaşanınız olubmu? Əlbəttə ki, yox".

Hər bir halda, məsələni diqqətdə saxlayacağıq. Vətəndaşların şərhləri bizim üçün maraqlı olduğu qədər, hər halda adı çəkilən qurumlar üçün də maraqlıdır. Görəsən, qurumla vətəndaşlar arasında niyə belə dərin ziddiyyət təşkil edən bir məsələ konkret həllini tapa bilmir? Cavabını siz verin.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama vermək istəyən bütün rəsmi şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

Bizimyol.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

12-01-2024, 13:28

Polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Cəmiyyət

8-06-2023, 21:11

Polislər qanvermə aksiyasında iştirak ediblər - FOTO

Bölgə

12-01-2024, 14:39

"Talassemiyadan əziyyət çəkən və qana ehtiyacı olan digər xəstələr üçün təşkil olunmuş qanvermə aksiyası" FOTOLAR

Cəmiyyət

8-08-2022, 10:45

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

Cəmiyyət

12-07-2024, 13:44

Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb

Cəmiyyət

8-08-2022, 18:54

Bu gün qan verənlərin sayı açıqlanıb

Səhiyyə

15-07-2024, 19:10

Bu il Aşurada qanvermə məntəqələrinin sayı iki dəfədən çox artırılıb

Cəmiyyət

20-05-2023, 15:25

Baş Dövlət Yol Polisi İdarəsində qanvermə aksiyası keçirilib

Cəmiyyət

7-08-2022, 14:09

Deputat: “Başqa xalqların məzhəb adı altında şüurumuzu işğal etməsi qəbul edilən deyil”

Gündəm / Cəmiyyət

16-07-2024, 09:46

Bu gün Azərbaycanda Aşuradır

İqtisadiyyat

28-07-2022, 23:20

"Azəriqaz"dan YENİLİK - Pulsuz olacaq

Cəmiyyət

19-07-2024, 14:22

Jurnalistlər Milli Mətbuat Günündə CineMastercardda pulsuz filmə baxa biləcəklər

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Dünən, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Xəbər lenti
  • Bu gün, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Bu gün, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Bu gün, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Bu gün, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Bu gün, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Bu gün, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Bu gün, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Bu gün, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Bu gün, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Bu gün, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Bu gün, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Bu gün, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Bu gün, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Bu gün, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Bu gün, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Bu gün, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • Dünən, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • Dünən, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • Dünən, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • Dünən, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • Dünən, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • Dünən, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • Dünən, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • Dünən, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Dünən, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Dünən, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Dünən, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • Dünən, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Dünən, 15:01
    Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
  • Dünən, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Dünən, 13:30
    Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
  • Dünən, 13:15
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Dünən, 13:02
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə