Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna ABŞ-lə cəbhədəki vəziyyəti müzakirə edib

24.07.2024 09:00 299 1 dəq oxunur
Ukrayna ABŞ-lə cəbhədəki vəziyyəti müzakirə edib
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak ABŞ vitse-prezidenti Kamala Harrisin milli təhlükəsizlik üzrə müşaviri Filip Qordonla telefonla danışıb.

Bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.

Bildirilib ki, Yermak Ukraynanın hava hücumundan müdafiə sistemlərinin Qərb sistemləri ilə gücləndirilməsinin vacibliyini bəyan edib. Tərəflər həmçinin Vaşinqtondan Kiyevə gələcək dəstəyi, cəbhədəki vəziyyəti müzakirə ediblər. Yermak və Qordon iyun ayında İsveçrədə keçirilən “sülh sammiti”nin nəticələri barədə də danışıblar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az