Sizin reklam burada 728×90
Son dəqiqə

“Rusiya əlindən gələni etməyə davam edəcək”

05.11.2024 16:02 709 1 dəq oxunur
“Rusiya əlindən gələni etməyə davam edəcək”
“Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlindən gələni etməyə davam edəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini qəbul etdikdən sonra çıxışında deyib.

“Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi üçün əlimizdən gələni etmişik və edirik. Sülh sazişi, dövlət sərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işə bundan sonra da öz töhfəmizi verməyə davam edəcək”, - deyə Putin qeyd edib.

Xatırladaq ki, V.Putin bu gün Kremldə Azərbaycanın Moskvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, eləcə də 27 digər ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az