• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

COP29-un baş icraçısı Elnur Soltanov qazıntı yanacaq sövdələşmələrini təşviq edərkən yaxalandı

Gündəm

11-11-2024, 09:57

BBC Gizli çəkilişdə COP29-un icraçı direktoru Elnur Soltanovun neft-qaz sazişlərini müzakirə etdiyi göründüyün qeyd edib.

Bakunews.az , BBC istinadən xəbər verir ki, Azərbaycanda başlayacaq iqlim dəyişikliyi konfransının - COP29-un yüksək rütbəli rəsmisinin potensial qazıntı yanacağı sazişlərinin müzakirəsi ilə bağlı görüş təşkil etmək üçün öz rolundan istifadə etdiyi məlum olub.

Biz Azərbaycanın COP29 komandasının baş icraçı direktoru Elnur Soltanovun özünü potensial sərmayəçi kimi təqdim edən adamla ölkənin dövlət neft və qaz şirkətində çeşidli “investisiya imkanlarını” müzakirə etdiyini əks etdirən gizli çəkilişləri görmüşük.

“Bizim işlənəsi çoxlu qaz yataqlarımız var”, - o deyib.

BMT-nin iqlim danışıqlarına məsul qurumunun keçmiş sədri BBC-yə deyib ki, onun hərəkətləri “tamamilə qəbuledilməzdir” və COP prosesinə “xəyanətdir”.

BBC həmçinin bildirir ki, Azərbaycanın COP29 komandası bizim şərh sorğumuza cavab verməyib.


Bazar ertəsi Bakıda COP29 konfransına start veriləcək.

Bu, hökumətlərin gələcək iqlim dəyişikliyinə hazırlıqlarını, onu necə məhdudlaşdıracaqlarını və problemin həlli üçün qlobal ambisiyaları necə artıracaqlarını müzakirə edəcəkləri BMT-nin 29-cu illik iqlim sammiti olacaq.

Hərçənd ki, BBC ardıcıl ikinci ildir ki, ev sahibi olan hökumət tərəfindən yol verildiyi iddia olunan qanunsuzluqları aşkar edir.

İki həftə əvvəl İspaniyada baş verən dağıdıcı daşqınlar 200-dən çox insanı öldürdü və bu, iqlim dəyişikliyinin necə bir kəskin havaya səbəb ola biləcəyinin vahiməli xatırlatması idi.

BBC-yə Global Witness insan haqları təşkilatı tərəfindən çəkilmiş gizli video görüntülər və sənədlər göstərilib.

BBC anlayır ki, təşkilatın nümayəndələrindən biri özünü COP29 komandasına Honkonqda yerləşən enerji üzrə ixtisaslaşmış uydurma investisiya şirkətinin rəhbəri kimi təqdim edib.

O deyib ki, bu şirkət COP29 sammitinə sponsorluq etmək istəyir, lakin əvəzində Azərbaycanın dövlət neft və qaz şirkəti - SOCAR-da investisiya imkanlarını müzakirə etmək niyyətindədir.

Elnur Soltanovla onlayn görüş təşkil edilib. COP29-un baş icraçı direktoru olmaqla yanaşı, cənab Soltanov həm də Azərbaycanın energetika nazirinin müavini və SOCAR-ın Müşahidə Şurasının üzvüdür.

ABŞ hökumətinin rəqəmlərinə görə, neft və qaz Azərbaycan iqtisadiyyatının təxminən yarısını, ixracının isə 90 faizindən çoxunu təşkil edir.

Görüşdə cənab Soltanov potensial sponsora deyib ki, konfransın məqsədi “iqlim böhranını çözmək” və “karbohidrogenlərdən ədalətli, nizamlı və bərabərhüquqlu şəkildə uzaqlaşmaq”dır.

O deyib ki, neft və qaz şirkətləri də daxil hər kəs “həll yolu təqdim edə bilər”, çünki Azərbaycanın “qapıları açıqdır”.

Bununla belə, o, təkcə iqlim həlləri üçün deyil, neft və qaz da daxil sövdələşmələr üçün də “açıq qapı” təqdim edib.

Cənab Soltanov potensial sponsora əvvəlcə SOCAR-ın cəlb olunduğu bəzi “yaşıl keçid layihələrinə” investisiya qoymağı təklif edib, lakin sonra o, yeni qaz xətti infrastrukturu da daxil olmaqla, Azərbaycanın qaz istehsalını artırmaq planları ilə əlaqəli imkanlar barədə danışmağa başlayıb.

“Çoxlu birgə müəssisələr yaradıla bilər”, - cənab Soltanovun potensial sponsora dediyi qeyd olunur. “SOCAR Asiya da daxil olmaqla, bütün dünyada neft və qaz ticarəti aparır”.

Cənab Soltanov təbii qazı “keçid yanacağı” adlandırıb və deyib: “Müəyyən həcmdə neft və təbii qaz istehsallarımız davam edəcək, bəlkə də həmişəlik”.

BMT-nin iqlim elmi qurumu - İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli 2050-ci il və daha sonrasında neft-qazın bəzi rolu olacağını etiraf edir, amma eyni zamanda aydındır ki, "istiləşməni 1,5C-yə qədər məhdudlaşdırmağa çalışmaqla yeni neft və qaz yataqlarının işlənməsini inkişaf etdirmək bir-birinə uyğun deyil".

Bu, həmçinin dünyanın son qlobal iqlim sammitində qazıntı yanacaqlarından uzaqlaşmağı qəbul etdiyi razılaşmaya ziddir.

Cənab Soltanov müzakirələrin baş tutmasına köməkdə həvəsli görünərək potensial sponsora deyib: “Müzakirələrin başlaması üçün sənin komandanla onların [SOCAR-ın] komandası arasında əlaqə yaratmağa şad olaram”.

Bir neçə həftə sonra saxta Honkonq investisiya şirkəti e-mail alıb - SOCAR məsələni davam etdirmək istəyib.

COP29 prosesinin bir hissəsi kimi biznes sövdələşmələri etməyə cəhd bir COP rəsmisindən gözlənilən davranış standartlarının ciddi şəkildə pozulması kimi görünür.

Bu tədbirlər iqlim dəyişikliyinin əsas səbəbi olan qazıntı yanacaqlarının daha çox satılması üçün deyil, dünyada onlardan istifadənin azaldılması üçün olmalıdır.

Bu standartlar BMT-nin iqlim müzakirələrinə məsul qurumu – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən tərtib olunub.

BMT deyib ki, aşkarladıqlarımıza birbaşa şərh verə bilməzlər, lakin qeyd edib ki, konfransın istənilən ev sahibinə “eyni ciddi standartlar” tətbiq olunur və o standartlar “vəzifədə olan bütün sədrlərin qərəzsizliyinin vacibliyini” əks etdirir.

COP rəsmilərinin davranış kodeksində deyilir ki, onlardan “ayrı-seçkilik, qərəz, tərəfkeşlik, kapriz, şəxs maraq, üstünlük vermə və ya itaətkarlıq olmadan, ciddi şəkildə sağlam, müstəqil və ədalətli mühakiməyə əsaslanan fəaliyyət gözlənilir”.

“Onlardan şəxsi baxış və əqidələrinin UNFCCC rəsmisi kimi onların rolunu və funksiyalarını təhdid etməməsinə və ya təhdid etmiş kimi olmamasını təmin etmələri gözlənilir”, - sənəddə deyilir.


Kosta-Rikalı diplomat Christiana Figueres 2015-ci ildə Parisdə dünyanın qlobal temperaturun artmasını 2C-dən aşağı saxlamaq üçün birgə işləməyə razılaşdığı əlamətdar COP konfransı dövründə BMT-nin iqlim prosesində rəhbər vəzifədə olub.

O, BBC-yə deyib ki, COP prosesinə cəlb olunmuş istənilən şəxsin öz vəzifəsindən istifadə edərək qazıntı yanacağı üzrə yeni sövdələşmələr bağlamaq cəhdinə heyrət edib.

O deyib ki, belə davranış bu konfransların məqsədinə “ziddir və bərbaddır” və prosesə “xəyanətdir”.

BBC, həmçinin COP29 komandası ilə saxta investorlar arasında e-mailləri görüb. “Global Witness” deyir ki, bunlar davamlılığın COP29 komandası üçün əsas gündəm olmadığına dair əlavə sübutları göstərir.

Görüşlərin birində iqlim konfransı müddətində SOCAR-ın təqdimatı və “davamlı neft və qaz investisiyası” mövzusunda tədbirə cəlb olunmasının əvəzində saxta şirkətlə 600,000 dollarlıq sponsorluq sövdələşməsi müzakirə edilib.

COP29 rəsmiləri sammitə 5 keçidlə tam girişin təklif olunduğu müqavilə layihəsi hazırlayıblar.

Müqavilə saxta kampaniyadan davamlılığa dair bəzi öhdəliklər tələb edib, amma o rədd ediləndə azərbaycanlılar bunu bir kənara qoyaraq, “düzəlişlər” etməyi nəzərdən keçirməyə razılaşıblar.

Əlbəttə, şirkət mövcud olmadığından heç bir müqavilə də bağlanmadı.

Biz Azərbaycanın COP29 komandasından və SOCAR-dan aşkar etdiyimiz məlumatları şərh etmələrini istədik. Onlar sorğularımıza cavab vermədilər.

Bir il əvvəl BƏƏ-nin COP28-ə ev sahibliyi rolundan istifadə edərək neft və qaz sövdələşmələri bağlamaq planlarını aşkarlayan sızdırılmış sənədlər əldə etmişdik.

Bununla belə, həmin sammitdə ilk dəfə dünyanın qazıntı yanacaqlardan uzaqlaşmasının lazım olduğuna dair razılıq əldə edildi.

Bu göstərir ki, COP 29-da hələ də irəliləyiş əldə edilə bilər, lakin konfransın açılışına bir neçə gün qalmış ev sahibliyi edən komandanın qanunsuz hərəkətləri ilə bağlı iddialar ümidverici başlanğıc olmaya bilər.

Mənbə BBC: https://www.bbc.com/azeri/articles/c89v0dwn5jqo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

18-10-2024, 11:48

COP29 müddətində SMS icazə ilə bağlı xəbərlərə aydınlıq gətirildi

Siyasət

1-02-2024, 19:44

Ceyhun Bayramov icraçı katiblə görüşdü

Cəmiyyət

11-06-2024, 11:13

BƏƏ-nin inkişaf naziri: COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq

Cəmiyyət

19-06-2024, 11:08

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

Gündəm / Siyasət

11-11-2024, 08:35

Bu gün Azərbaycanda COP29-a start verilir

Cəmiyyət

29-05-2024, 11:59

COP29 könüllüləri üçün qeydiyyat başlayıb

Cəmiyyət

30-10-2024, 16:48

Latviya Prezidenti COP29-a gələcək

Cəmiyyət

30-09-2024, 09:58

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

Siyasət

30-07-2024, 14:38

Polşa Prezidenti Azərbaycana səfər edəcək

Gündəm / Cəmiyyət

19-10-2024, 12:24

COP29-la bağlı Mərkəz fəaliyyətə başladı

İqtisadiyyat

22-02-2024, 17:30

COP26-nın prezidenti ilə görüş keçirilib

Gündəm / Siyasət

2-02-2024, 19:30

BMT-nin faktaraşdırıcı missiyası Azərbaycana GƏLDİ

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Bu gün, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Bu gün, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Bu gün, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Bu gün, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Bu gün, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Bu gün, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Bu gün, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Bu gün, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Bu gün, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Bu gün, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Bu gün, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Bu gün, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Bu gün, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Bu gün, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Bu gün, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Bu gün, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Bu gün, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Bu gün, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Bu gün, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Bu gün, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Bu gün, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Bu gün, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Bu gün, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Bu gün, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Bu gün, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Bu gün, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Bu gün, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Bu gün, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Bu gün, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Bu gün, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Bu gün, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə