Sizin reklam burada 728×90
Son dəqiqə

Bu rayonlarda qaz olmayacaq

06.01.2025 18:38 447 1 dəq oxunur
Bu rayonlarda qaz olmayacaq
Bu rayonlarda qaz olmayacaq

Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Ramana” QPS-də, orta təzyiqli qaz xəttində və Xətai rayonu Y.Əliyev küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə, Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az