Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda dəhşət - Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

22.02.2025 15:36 530 1 dəq oxunur
Bakıda dəhşət - Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı
Bakıda dəhşət - Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Bakıda 4 nəfərin meyiti tapılıb.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.(lent)

Hazırda araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az