• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri -ŞOK İDDİA

Gündəm / Cəmiyyət

11-08-2025, 16:56

Ötən sayımızda "FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA" başlığı altında tənqidi məqalə dərc etmişdik.(https://gundemxeber.az/gundemxeber/94497-feto-oyrencisi-sadiq-eliyev-dovletin-sosial-siyasetine-xeyanet-edir-dda.html)
Bildirmişdik ki, həm Fətullah Gülənin (FETÖ) öyrəncisi Sadiq Əliyevin, həm də Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının sədri Habil Alıyevin (Alısoy) əlaqədar qurumla bağlı özlərinə rüşvət çetesi yaratmaq üçün etdikləri əməllərə toxunmuşduq. Yazmışdıq ki, Habil Alıyev atdığı addımı yerliçilik və bölgəçilik sütunları üzərində qurur. Bu, o demək deyil ki, gədəbəylilərin qeydinə qalır. Şəxsi mənafeyinə uyğun olduğu təqdirdə bunu edir. Şəxsi mənafeyi naminə dövlətin qurumunu öz şəxsi ambisiyaları doğrultusunda idarə edir. İstənilən kadrı, hətta gədəbəyli olsa belə, gənc və perspektivli, müharibə iştirakçısı, işinin öhdəsindən layiqıncə gəlməsinə baxmayaraq, aldadıb işdən çıxarmaq da əlindən gəlir. İşçilərin rəhbərə qarşı güvənini baltalayan qəssaba çevrilib. İşdən aldadıb çıxarmaq bir ayıb, işə qaytarılmaq adı ilə yalanlar uydurmaq ikinci ayıb. Başına oyun açdıqlarının məhkəməyə müraciət vaxtlarının keçməsindəki oyunbazlıqları tamamilə ayrıca və inanılmaz, seriallara mövzu olacaq ayıb... Ayıb üzərindən ayıb!..
Etdikləri əməllərə toxunmuşduq. Əvəzinə etdikləri əməllər acınacaqlı vəziyyət ortaya çıxarıb. Dövlət Məşğulluq Agentliyinin keçmiş sədri ilə tələbə yoldaşlığından sui-istifadə edərək yalan məlumatları ilə meydan sulayan Habil Alıyev, indi də yeni sədrlə dostluğundan daha acınacaqlı şəkildə sui-istifadəyə davam edir. Üstəlik, etdiklərindən xəbərsiz və günahsız kimi özünü təqdim edərək işin içindən sıyrılmağa da çalışır. İstər Gədəbəy, istər Şirvan, istərsə də Bakı Regional Məşğulluğun sədri olduğu az zamanda "qəssabına çevrildiyi" işçilərinin dediklərindən məlum olur ki, bütün pis əməllərin baiskarı kimi, özünəməxsus metodla yeni naziri səbəbkar kimi qələmə verir. İyrənc metodlarla idarəçilik bir məqsəd daşıyır: Dövlətə və dövlətçiliyə xəyanət!
"Mənim xəbərim yoxdur, elə mən də xəbərsizəm, Nazirlik edib" deyərək, işin içindən sıyrılmağı da ayrıca metod halına gətirib.
Redaksiyamıza daxil olan məlumata görə, Sadiq Əliyevlə Habil Alıyev arasında ticarət əlaqələri var. Kənddən Bakıya gələrkən 5 inək satıb şəhərə yerləşən Habil necə olur ki, qısa müddətdə banklardan 600.000 (Altı yüz min) manat aşağı faizlə kredit götürə bilir? Restoran şəbəkələrinin sahibi olsa da, etdiklərini başqalarının adına sənədləşdirir. Hətta maşınlarını da öz adına sənədləşdirmir. Bankda işlədiyi zamanlarda adı "Şapka Habil" kimi niyə məşhurlaşıb, bunları bilə-bilə Bakı kimi bir şəhərin məşğulluq idarəçiliyinə necə gətirilib?!
İstər “Respublika Bank”da, istərsə də “Yelo Bank”da ləqəbi "Şapka Habil" olub və belə də çağırılıb.
Redaksiyamıza danışan mənbə onu da qeyd edib ki, Habil Alıyev Bakının Mərkəzi küçələrində milyonluq obyektlərə sahibdir. Öz adına olmaması isə düşündürücüdür.
Beləliklə, keçək əsas məsələyə: Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə işdən qanunsuz və əsassız olaraq çıxarılan və işə qəbulla bağlı etdiyi çoxsaylı yazılı və şifahi müraciətlərin uzun müddətdir öz həllini tapmaması olduqca maraqlıdır.
Məlumat üçün bildirək ki, test və müsahibə nəticəsində Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilən, staj və sınaq müddətini uğurla başa vuraraq daimi dövlət qulluqçusu adını qazanan işçi aldadılıb və süründürməçiliyə məruz qoyulub. Agentlik tərəfindən müraciətinin cavabında köməklik göstəriləcəyi bildirilsə də, 21 saylı Ərazi Məşğulluq Mərkəzi filialına yeni təyin olunan müdir Habil Alıyev bir müddətdən sonra işçiyə yaxşı kadr olduğunu, başqa idarəyə göndərmək istəmədiyini və işçini aldadaraq Şəmkir nümayəndəliyinə yaxşı vəzifəyə göndərəcəyini bildirib.
Müdir vəzifəsini icra edən Habil Alıyev heç bir səbəb olmadan cənab Prezidentin müharibə iştirakçılarının işdən çıxarılmaması barədə tapşırığına baxmayaraq, işlədiyi müddətdə heç bir nöqsanı olmadığı halda Vətən müharibəsi qazisi (Bundan sonra Qazi – müəllif.) ilə əmək müqaviləsinin müddətini uzatmayaraq müqaviləyə xitam verdirib. Hansı ki, o, Qazinin işlədiyi müddət ərzində hər zaman yaxşı işçi olduğunu bildirib və idarədə stajör kimi fəailiyyət göstərən əməkdaşlara nümunə göstərdiyi işçinin müqaviləsinə xitam verdirib. Habil Alıyevdən nə səbəbə bağlanmış əmək müqaviləsinin müddətini uzatmamasının səbəbini soruşduqda, o, özünə yeni KOMANDA yığacağını bildirib. Öz çirkin iddiasından əl çəkməyən müdir Qazidən başqa beş nəfərin də müqaviləsinə xitam verdirərək, əvəzində öz qohumlarını və tanışlarını vəzifəyə təyin etdirib. Redaksiyamıza danışan mənbə iddia edir ki, Habil Alıyev keçmiş Agentlik sədri Mustafa Abbasbəyli ilə yaxın dost olduğuna görə özbaşınalıq edir və hələ də buna göz yumulur.
Şikayət edən şəxs subordinasiya qaydalarına əməl edərək, bu barədə Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə məlumat verdiyini də bildirir. Rəhbərlik tərəfindən də bu məsələnin araşdırılacağı və aldadılan işçiyə köməklik ediləcəyi barədə məlumat da verilib. Amma buna baxmayaraq, təxminən üç ay aparılan araşdırmanın nəticəsi olaraq, işdən haqsız yerə çıxarılan və işində heç bir nöqsanı olmayan işçinin Habil Alıyevlə bağlanmış müddətli əmək müqaviləsinə qərəzli mövqe tutaraq xitam verilməsi haqda qərar haqlı hesab olunub. Məhz bu səbəbdən oktyabr ayında 6 saylı Ərazi Məşğulluq Mərkəzi filialına Qazinin işə qəbul olunması haqda qərar verildi. Amma buna baxmayaraq, işə qəbul prosesi zamanı heç bir qanuni əsas olmadan Qazinin anasının əlilliyinin yoxlanılması tələb olundu. Yoxlamadan sonra Qazinin anasının 21 il 7 aylıq əlillik pensiyası dayandırıldı və yenə də işə qəbulu ləngidilib. Belə olan təqdirdə Qazi işçi yenidən Dövlət Məşğulluq Agentliyinə müraciət etmək məcburiyyətində qalıb. Agentlik tərəfindən 2021-ci ilin dekabr ayında işə qəbul üçün sənədlərin Nazirliyə göndərilməsi bildirilib. 9 ay keçdikdən sonra Nazirlikdən Qaziyə işə götürülməyəcəyi haqda bildiriş verilib. Bu zaman Qazi haqqını tələb edəcəyini bildirib və lazimi orqanlara müraciət edəcəyini də deyib. Hətta bu haqsızlığı cənab Prezidentə çatdırılması üçün ölkə mediasına da müraciət edəcəyini diqqətlərinə çatdırıb. Qazinin belə bir mesajından sonra Agentliyin sədri Mustafa Abbasbəyli bildirib ki, "yazı-pozu ilə iş həll olunmur. Media özü Nazirliyin qabağında kəlləmayallaq dursa belə, biz işə qəbul etmiriksə, etməyəcəyik!" Qazi haqsız yerə işsiz qaldığını və anasının əlilliyinin dayandırılmasını əsas gətirərək fəryad edir. Prezident İlham Əliyevin müharibə iştirakçılarının işlə təmin olunmasına və işdən çıxarılmaması barədə tapşırıqlar verməsinə baxmayaraq, Mustafa Abbasbəyli və Habil Alıyev buna məhəl qoymurlar.(gundemxeber.az)
Ardı var...

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-07-2025, 12:34

FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA

Cəmiyyət

30-05-2025, 18:31

Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir

Hadisə

26-02-2025, 18:30

Azərbaycanda həbs edilən FETÖ üzvünə - Bu cəza verildi

Səhiyyə

24-10-2023, 10:46

`Yeni Klinika`da KÖHNƏ MƏRƏZ...

Dünya

6-10-2023, 18:34

Türkiyə kəşfiyyatı “narıncı” kateqoriyalı qaçaq terrorçunu ölkədən kənarda ələ keçirdi

Dünya

16-08-2023, 17:52

Türkiyə 30 mindən çox FETÖ üzvünü axtarışa verib

Siyasət

1-08-2023, 13:22

Türkiyəli hüquqşünas FETÖ ilə bağlı vəziyyəti açıqladı - VİDEO

Hadisə

9-07-2024, 10:28

Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

Cəmiyyət / Sosial

17-08-2023, 14:08

MADO-nun başına çəkilən DÖVLƏT SIĞALI

Gündəm / Cəmiyyət

1-05-2025, 09:17

Hökumət yanında “gözükölgəli” qeyri-hökumət təşkilatları -DE-FAKTO

Dünya

4-07-2024, 19:38

Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 108 nəfər saxlanıldı

Təhsil

17-08-2023, 07:04

Azərbaycanda FETO bu `ZİRVƏ`- ni necə fəth etdi - İDDİA

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Dünən, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Dünən, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Dünən, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Dünən, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Dünən, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Dünən, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Dünən, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Dünən, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Dünən, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Dünən, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Dünən, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Dünən, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Dünən, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Dünən, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • 13-10-2026, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • 13-10-2026, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • 13-10-2026, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • 13-10-2026, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • 13-10-2026, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə