• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Gündəm / Cəmiyyət

11-06-2026, 16:23

Fransa hökumətinin təşəbbüsü ilə "Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsi" adlı qanun layihəsi iyunun 24-də Milli Assambleyada səsverməyə çıxarılacaq.Geniş müzakirələrə yol açan sənədə sağçı Respublikaçılar partiyası çıxış edib, onlar bu muxtariyyət hüququ ideyasına tamamilə qarşı çıxır, ölkənin vahidliyinin qorunmasını tələb edirlər. Solçu liberal partiyalar isə əksinə, Korsika nümayəndələri özünüidarəetmənin həyata keçirilməsini dəstəkləyir.

Korsika adası uzun illərdir ki, Fransa dövlətinin tərkibində olsa da, Parislə ada arasında münasibətlər heç vaxt tam harmonik olmayıb. Korsikalılar öz dillərini, mədəniyyətlərini və tarixi kimliklərini qorumaq uğrunda mübarizə apararkən, Fransa mərkəzi hakimiyyəti uzun müddət vahid milli dövlət konsepsiyasını əsas gətirərək adanın fərqliliyini məhdudlaşdırmağa çalışıb. Bu səbəbdən Korsika məsələsi təkcə regional idarəetmə problemi deyil, həm də milli kimlik, tarixi ədalət və siyasi hüquqlar məsələsi kimi qiymətləndirilir.

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Fransanın Korsikaya qarşı assimilyasiya siyasəti

Tarixi faktlar göstərir ki, Fransa XVIII əsrdə Korsikanı nəzarətə götürdükdən sonra adanın yerli idarəçilik ənənələrini tədricən zəiflədib. Korsika dili uzun müddət rəsmi statusdan məhrum edilib, təhsil və dövlət idarəçiliyində yalnız fransız dilindən istifadə təşviq olunub. Nəticədə bir çox korsikalılar bunu mədəni assimilyasiya siyasəti kimi qiymətləndiriblər. XX əsrin ikinci yarısından etibarən isə adada milli kimliyin qorunması tələbləri daha da güclənib. 1960–1970-ci illərdə Fransa hökumətinin həyata keçirdiyi iqtisadi və demoqrafik siyasətlər də ciddi narazılıq yaradıb. Yerli əhalinin fikrincə, Paris tərəfindən qəbul edilən qərarlar adanın sosial və iqtisadi xüsusiyyətlərini nəzərə almadan həyata keçirilib. Turizm sektorunun sürətli inkişafı və torpaq sahələrinin xarici investorlar tərəfindən alınması korsikalılar arasında öz torpaqlarında azlıq vəziyyətinə düşmək qorxusunu artırıb. Korsikada separatçı və muxtariyyət tərəfdarı hərəkatların meydana çıxmasının əsas səbəblərindən biri də məhz bu narazılıqlar olub.

1976-cı ildə yaradılmış Corsican National Liberation Front (FLNC) Fransa hakimiyyətinə qarşı silahlı fəaliyyətə başlayıb. Paris isə bu fəaliyyətlərə sərt təhlükəsizlik tədbirləri ilə cavab verib. Onilliklər ərzində yüzlərlə fəal həbs olunub, çoxsaylı polis əməliyyatları keçirilib. Korsikalı millətçilər bunu siyasi təzyiq kimi qiymətləndirsələr də, Fransa hökuməti tədbirlərin terrorizmə qarşı mübarizə məqsədi daşıdığını bildirib.

Son illərdə Fransa hökuməti Korsikaya münasibətdə daha çevik siyasət yürütməyə məcbur qalıb. Adada muxtariyyət tələblərinin artması, yerli partiyaların seçkilərdə uğur qazanması və ictimai dəstəyin güclənməsi Parisi yeni siyasi həll yolları axtarmağa sövq edib. Bu kontekstdə Korsikaya daha geniş səlahiyyətlərin verilməsi ilə bağlı təşəbbüslər gündəmə gəlib. Bununla belə, bir çox ekspertlər hesab edirlər ki, bu addımlar gecikmiş qərarlardır. Onların fikrincə, Fransa uzun illər ərzində Korsikanın dil, mədəniyyət və özünüidarəetmə ilə bağlı tələblərinə lazımi diqqət göstərməyib. Nəticədə adada dövlətə qarşı etimadsızlıq formalaşıb və mərkəzi hakimiyyətlə yerli əhali arasında siyasi uçurum dərinləşib.

Tarixi faktlar Parisin uzun illər Korsikanın milli və mədəni xüsusiyyətlərini məhdudlaşdıran siyasət həyata keçirdiyini göstərir. Bu gün muxtariyyət istiqamətində atılan addımlar isə bir tərəfdən münasibətləri normallaşdırmaq cəhdi, digər tərəfdən isə illərlə yığılan problemlərin gecikmiş etirafı kimi qiymətləndirilə bilər. Korsika məsələsi göstərir ki, mədəni müxtəlifliyin və regional hüquqların nəzərə alınmaması uzunmüddətli siyasi gərginliklərə səbəb ola bilər.

Fransanın ərazi idarəçiliyində yeni mərhələnin başlanğıcı

Parlamentə təqdim olunan layihədə əsas məqsəd uzun illər Korsika tərəfindən tələb olunan iqtisadi, sosial, mədəni və inzibati maraqların nəzərə alınmasıdır. Bu təşəbbüs Korsikanın onilliklər ərzində irəli sürdüyü siyasi, iqtisadi, mədəni və inzibati tələblərə cavab vermək məqsədi daşıyır və Fransa dövlətinin ərazi idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Konstitusiyaya əlavə olunacaq yeni maddəyə görə, Korsikaya Fransa daxilində özünüidarəetmə hüququ verməklə yanaşı, adanın özünəməxsus xüsusiyyətlərinin, tarixi, mədəni və dil irsinin tanınması nəzərdə tutulur. Bu hüquq çərçivəsində Fransanın əsas prinsiplərinə və beynəlxalq hüquqa uyğun olmaq şərti ilə Korsika müəyyən qanunları və qaydaları öz ərazisində uyğunlaşdırmaq və yeni normativ aktlar qəbul etmək səlahiyyətinə malik olacaq. Qəbul edilmiş dəyişikliklər arasında Korsika xalqına dair istinad da yer alır ki, bu, adanın tarixi, mədəni və coğrafi xüsusiyyətlərinin daha aydın ifadə olunmasına xidmət edir. Bununla yanaşı, Korsika adasında yerləşən xüsusi inzibati və yerli idarəetmə orqanı olan Korsika Birliyinin səlahiyyət dairəsi dəqiqləşdirilib, gələcək qanun layihələrinin hazırlanması prosesində yerli seçicilərin rəyinin öyrənilməsi öhdəliyi müəyyən edilib. Birliyin səlahiyyətlərinə daxil olmayan sahələrdə isə dövlətin əsas səlahiyyətləri qüvvədə saxlanılıb.

Fransanın Korsika qərəzi: muxtariyyət, yoxsa gecikmiş etiraf?

Fransa uzun illərdir özünü demokratiyanın, insan hüquqlarının və xalqların öz müqəddəratını təyin etmə prinsipinin müdafiəçisi kimi təqdim edir. Lakin ölkənin daxilində yerləşən Korsika adasına münasibət Parisin bəyan etdiyi prinsiplərlə praktiki siyasəti arasında ciddi ziddiyyətlərin mövcud olduğunu göstərir. Korsika xalqının dil, mədəniyyət və özünüidarəetmə hüquqları uğrunda onilliklər boyu davam edən mübarizəsi Fransa dövlətinin mərkəzləşdirilmiş idarəçilik modelinin sərt müqaviməti ilə qarşılaşıb. Korsika 1768-ci ildə Fransanın nəzarətinə keçdikdən sonra ada əhalisinin milli kimliyinin qorunması məsələsi daim mübahisə mövzusu olub. Paris uzun müddət vahid fransız milləti konsepsiyasını əsas gətirərək regional kimliklərin siyasi şəkildə tanınmasından çəkinib. Nəticədə Korsika dili və mədəniyyəti dövlət siyasətinin kölgəsində qalıb, yerli əhalinin muxtariyyət tələbləri isə separatizm kimi qiymətləndirilib. Bu yanaşma zaman-zaman adada etirazların və siyasi gərginliyin artmasına səbəb olub. Maraqlıdır ki, Fransa dünyanın müxtəlif regionlarında etnik və milli azlıqların hüquqlarını müdafiə etdiyini bəyan etsə də, öz sərhədləri daxilində Korsikanın xüsusi status əldə etməsinə uzun illər müqavimət göstərib. Bu isə Parisin xarici siyasətdə müdafiə etdiyi dəyərlərlə daxili siyasəti arasında uyğunsuzluq barədə suallar doğurur. Korsikalılar dəfələrlə daha geniş özünüidarəetmə, yerli qanunvericilik təşəbbüsləri və mədəni hüquqların tanınmasını tələb etsələr də, mərkəzi hakimiyyət bu çağırışlara ehtiyatla yanaşıb.

Korsika məsələsinin tarixi kökləri

Aralıq dənizində yerləşən Korsika adası 1768-ci ildə Fransanın tərkibinə daxil olsa da, ada əhalisi özünəməxsus dilini, mədəniyyətini və siyasi kimliyini qoruyub saxlayıb. XX əsrin ikinci yarısından etibarən Korsikada muxtariyyət və hətta müstəqillik tələb edən siyasi hərəkatlar formalaşıb. Bəzi radikal qruplar uzun illər silahlı mübarizə yolu ilə Parisə təzyiq göstərməyə çalışıblar. Fransa hökumətləri müxtəlif dövrlərdə Korsikaya əlavə səlahiyyətlər versələr də, ada rəhbərliyi və yerli siyasi qüvvələr bu addımları kifayət hesab etməyiblər. Xüsusilə yerli qanunvericilik səlahiyyətlərinin olmaması və iqtisadi qərarların əsasən Paris tərəfindən qəbul edilməsi narazılığın əsas səbəblərindən biri olub. XX əsr Korsika üçün dönüş nöqtəsi oldu. 1962-ci ildə Əlcəzairin fransız müstəmləkəçiliyindən qurutulmasından sonra əsasən fransızlardan ibarət çoxsaylı repatriantlar ("pied-noir"lar/ "qara ayaqlılar") – rəsmi Parisin dəstəyi ilə kütləvi şəkildə Korsikada məskunlaşdılar. Korsikalılar Fransa tərəfindən icra edilən bu məqsədyönlü miqrasiya dalğasını torpaqlarından məhrum edilmə və sosial-iqtisadi quruluşun pozulması kimi qəbul etdilər. Bu da, öz növbəsində, onsuzda mövcud olan narazılığın artmasına səbəb oldu. Məhz belə bir şəraitdə, 1976-cı ilin mayında Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) yarandı. Paralel olaraq, Fransa dövlətinin Korsikada tətbiq etdiyi eyniləşdirmə siyasətinə müqavimət kontekstində Korsika xalqının dil və mədəniyyət iddiası da məhz 1970-ci illərin əvvəllərində, əsasən müstəqillik tərəfdarı olan millətçi hərəkatın radikallaşması dövrünə təsadüf edib.

Korsikada pozulan söz azadlığı - 150 mindən artıq insanın danışdığı dil məhv edilir

Korsikada yalnız bir gündəlik qəzet var, Scontru (5000 nüsxə), lakin La Corse və Corse-Matin kimi Fransız gündəlikləri müntəzəm olaraq Korsikada məqalələr dərc edir. 2023-cü ilin martın 9-da Korsikanın Bastia İnzibati məhkəməsi Korsika Assambleyası və Korsika yerli özünüidarəetmə Orqanının Korsika dilinin istifadəsinə dair qərarlarını ləğv edib. 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız "fransız" anlayışını qəbul edir ki, bu özü şovinizmdir. Fransa Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan "İnsan və vətəndaş hüquqları bəyannaməsi" də vardır. Korsikanın milli mübarizəsini gücləndirmək məqsədilə 2024-cü ilin yanvarında Korsika Universitetində keçirilən toplantı zamanı Nazione adlı yeni siyasi hərəkat yaradılıb. Bu təsisetmə toplantısında qəbul edilən çoxsaylı qətnamələrdə Korsikada müstəmləkəçiliyin doğurduğu nəticələr pislənilib. Lakin başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Fransa polisləri Korsikada insanların azad şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyərək, hərəkatın yaranmasından iki gün sonra "Nazione"nin fəallarına qarşı təqiblərə başlayıb.

"Nazione"nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə, Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübut edir. Bu gün də Fransa polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin "Nazione" hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini susdura, boyun əyməyə məcbur edə bilməz.

Nəticə olaraq, Korsika məsələsi Fransanın daxili siyasi sistemində mərkəzləşmə ənənələri ilə regional özünəməxsusluğun qorunması arasındakı ziddiyyətlərin bariz nümunəsidir. Hazırda gündəmdə olan muxtariyyət təşəbbüsü Korsika xalqının uzun illər davam edən tələblərinin qismən də olsa nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, proses göstərir ki, regional hüquqların və mədəni kimliyin tanınmasının gecikdirilməsi sosial narazılıqların artmasına, siyasi gərginliyin dərinləşməsinə və dövlət institutlarına etimadın zəifləməsinə səbəb ola bilər. Korsika təcrübəsi təkcə Fransa üçün deyil, Avropanın digər çoxmədəniyyətli dövlətləri üçün də mühüm dərsdir: regional kimliklərin tanınması və inklüziv idarəetmə mexanizmlərinin yaradılması dövlətin zəifləməsinə deyil, əksinə, onun siyasi sabitliyinin və milli birliyinin möhkəmlənməsinə xidmət edir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-11-2024, 13:40

Makron Fransası beynəlxalq hüququ pozur - Korsika dilini məhdudlaşdırır - ŞƏRH

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Gündəm / Siyasət

4-05-2024, 11:21

Gürcüstan yenə çalxalanır-Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı? - TƏHLİL

Siyasət

15-08-2022, 15:54

Siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

5-10-2024, 11:24

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Gündəm / Cəmiyyət

19-12-2023, 09:07

Milli Məclis yenidən toplaşır - Qalmaqallı qanun layihəsi gündəliyə salındı

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Bu gün, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Bu gün, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə