Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub -

08.09.2023 18:01 357 1 dəq oxunur
Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub -
Sentyabrın 8-də saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az