Rusiyanın Qarabağda silahdan istifadə etmək hüququ yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib.
“Nə qədər ki, Rusiya sülhməramlılarının özləri təhdid edilmir, onların silahdan istifadə etmək hüququ yoxdur”, - deyə rusiyalı general-polkovnik Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərini şərh edərkən vurğulayıb.