Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda taksidə qorxulu olay - 3 nəfər saxlanıldı

29.07.2022 15:50 960 1 dəq oxunur
Bakıda taksidə qorxulu olay - 3 nəfər saxlanıldı
Bakıda taksidə 3 nəfər bıçaqla hədələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində "Tofaş" markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan pul qabısı quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar./milli.az

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az