Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb

04.11.2024 13:50 765 1 dəq oxunur
Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb
Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.

Silahlı hücumda daha iki nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az