Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda vulkan püskürüb - YENİLƏNİB

11.08.2022 12:27 704 1 dəq oxunur
Bakıda vulkan püskürüb - YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

Mərkəzindən bakunews.az-ya report-a istinadən bildirilib ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.

Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az