Sizin reklam burada 728×90
Son dəqiqə

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib

29.03.2023 01:09 682 1 dəq oxunur
Milli Məclisin deputatı Fazil Mustafa güllələnib
Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.

O yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, BBC Azərbaycanca müxbirləri xəstəxana qarşısından xəbər verir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis hadisə yerində əməliyyat-axtarış işləri həyata keçirir.

Nazirliyin sözçüsü Elşad Haciyev bildirib ki, "Sui-qəsdi törədən və ya törədənlərinin tapılması üçün işlər görülür".

bakunews.az xəbər verir ki, xəstəxanaya çox sayda polis cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb.

Təcili Tibbi Yardım bölməsinin qarşısında qələbəlik müşahidə olunur, əraziyə çoxlu avtomobil toplaşıb, müxbirimiz xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) elan edib ki, Fazil Mustafanın səhhəti stabildir, həyati təhlükəsi yoxdur.

"Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir", - TƏBİB bildirib.

Apa-nın məlumatına görə, deputatın Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən güllələndiyi bildirilir.

Fazil Mustafanın güllələnməsi paytaxtda son bir aya yaxın müddətdə odlu silah istifadə edilən dördüncü hadisədir.

Bundan əvvəl Fəvvarələr meydanında, paytaxdakı Bravo marketlərin birində və Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insidentlər olub. //BBC//

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az