İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb.
“Report” xəbər verir ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb.
Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.
Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.
BakuNews.Az