Sizin reklam burada 728×90
Son dəqiqə

"Qarabağ"ın "Viktoriya" ilə matçının hakimləri müəyyənləşdi

15.08.2022 11:44 685 1 dəq oxunur
"Qarabağ"ın "Viktoriya" ilə matçının hakimləri müəyyənləşdi
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ”ın turnirin pley-off mərhələsində Çexiyanın "Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.

bakunews.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avqustun 17-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın hakimi Slavko Viniçiç olacaq. Ona yan xətt hakimləri Tomaz Klançnik, Andray Kovaçiç yardım edəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

Görüşün VAR hakimləri Nejc Kajtazovic və Yure Preprotnik

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti saat 20.45-də səsləndiriləcək.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az