Azərbaycanın yeniyetmə qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.
BakuNews.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda Almaniya təmsilçisi Maya Toszegidən güclü olub. O, həlledici görüşdə fransalı Alissiya Poulange ilə üz-üzə gələcək.
Daha əvvəl oğlan cüdoçulardan Məhəmməd Musayev (60 kiloqram), Əbil Yusubov (66 kiloqram) qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Musayev israilli İzak Aşpizlə, Yusubov isə polşalı Şimon Şuliklə güləşəcək.
Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medala yiyələniblər.