Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
BakuNews.az xəbər verir ki, yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək.
“Azərsun Arena”dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.
Azərbaycan yığması bir, Şimali İrlandiya iki oyun keçirib. Komandaların heç biri hələ xal qazana bilməyib.
F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.