• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Aqşin Fateh dedi ki, 31 min verib işimi həll etmişəm” - Qalmaqallı hadisənin yeni təfərrüatı / VİDEO

Kriminal

12-02-2024, 17:05

Bir neçə gün öncə meyxanaçı Aqşin Gajiyevin (Fateh) adı şahid kimi hallanan məhkəmə prosesi barədə informasiya yayıldıqdan sonra həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Rəhimov Vüsal Arzuman oğlu “Unikal”a müraciət edib.

O, Binəqədi rayon Məhkəməsinin 11.01.2024-cü il tarixdə Aqşin Fatehin də adı hallanan Firdovsi Rüstəmov barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq) maddəsi ilə aparılan cinayət işinin hökmündən narazıdır.


Əslində reallıq necədir?


Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Rəhimov Vüsal Arzuman oğlu Aqşin Fatehin cinayəti törətdikdən sonra müəyyən orqanlar ilə anlaşması, zərərçəkən Fəridə Kərimovaya şikayəti geri götürməsi üçün pul təkilf etməsi, obyektin həqiqi sahibi, mühafizəçinin əsl adının Vaqif Novruzov yox, Rüstəmov Firdovsi Əlağa oğlu olması, 4 ildən artıq başqa bir cinayətə görə həbsdə olan Füzuli Alıyevin guya 15.04.2022-ci il tarixdə restoranda Aqşinlə mübahisə etdiyi barədə ətraflı məlumat verib. Həmçinin cinayət işinin hökmünü, hüquq-mühafizə orqanları üçün maraqlı olan faktları təqdim edib.

Vüsal Rəhimovun sözlərinə görə, obyekt xalası oğlu, hazırda həbsdə olan Füzuli Alıyevə məxsusdur: “Yazırlar ki, 15.04.22-ci il tarixdə Füzuli Alıyev Aqşin Fatehlə restoranda mübahisə edib. Halbuki kiçicik bir araşdırma aparsaydılar görərdilər ki, Füzuli 2019-cu ilin dekabr ayından başqa bir cinayət ilə əlaqədar həbsdədir və Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Belə ki, Aqşin 2021-ci ilin əvvəlindən “Bakku Music Hall” restoranında müğənni kimi çalışmağa başlayıb. Restoranı Füzuli dostu İlqar ilə şərik işlədib. Qeyd edim ki, həmin restorana Füzuli 300 min manat maya qoyub. Sonra Aqşin də heç bir yatırım qoymadan 15.04.2021-ci ildən şərikliyə cəlb olunub və restoran “By Fateh” adı ilə (o zamana kimi adı “Bakku Music Hall” kimi) fəaliyyət göstərib. Düz 1 il ərzində restoranın 2 milyon manat dövriyyəsi olsa da nə Aqşin, nə də İlqar restoranın gəlirindən Füzuliyə 1 manat da göndərməyiblər, vergi orqanlarına düzgün bəyannamə verməyiblər, işçilərin çox hissəsi rəsmi işə götürülməyib. Bu səbəbdən Füzuli mənə zəng edərək deyib ki, “get obyekti götür sən işlət”. Mən də hadisə baş verən gün obyektə gəlmişəm ki, Aqşinlə təhvil-təslim edim. Ancaq Aqşin Fatehin adamları-Firdovsi Rüstəmov, kürd Azər və Ömər kimi tanıdığım şəxslər üstümə bıçaq çəkərək mənə xəsarət yetiriblər, köynəyimi cırıblar. Aqşin həmçinin Fəridə Kərimova mübahisəni lentə aldığı üçün mobil telefonunu əlindən alaraq sındırıb. Ömər adlı şəxs isə ona bir neçə dəfə təpik vuraraq xuliqanlıq edib.

Sonra soyğunçuluq edərək restoranda olan bahalı mizləri, stulları, qəlyan aparatlarını, qab-qaşığı götürərək aparıblar. Fəridənin xəsarətləri məhkəmə-tibbi ekspertizası ilə sübut olunub, məhkəmə hökmündə də göstərilib. Aqşin ilk olaraq Fəridə Kərimovanın ondan şikayət etməməsi üçün Aidə adlı bacısı ilə bir yerdə olan zaman 4000 min manat, bir də təzə telefon almağı təklif edib. Beləliklə, Aqşin adını ibtidai istintaqda təqsirləndirilən şəxs qismindən günahsız şahid kimi dəyişdirməyə nail olub. Həmçinin Firdovsi Rüstəmov həbs olunandan sonra onun yaxınları (xalası və övladları) Aqşin ilə görüşüb onlara kömək etməsini istəyib. İlk olaraq Aqşin bu işdə əli olmadığını desə də, sonda Firdovsinin xalasına etiraf edib ki, 31 min manat verib işini həll edib, onlara isə vəkil tutmağı “məsləhət” görüb. Bundan sonra müəyyən adamlarla danışığa gedib Firdovsiyə “vəkillik” edərək bəraət alıb”.

Nəzərə çatdıraq ki, Aqşin Fateh il bağlı Binəqədi rayon Polis İdarəsində müstəntiq Rzayev Vüsal Rafiq oğlunun icraatında başqa bir cinayət işi də var. Həmin cinayət işində də Aqşin Fatehin adı şahid kimi qeyd olunub. Onun yaxın dostu Ömər (istintaqda da verdiyi ifadəsində bunu təsdiq edib) isə "buxarlanıb havaya sovrulub". Binəqədi rayon Polis İdarəsi onun şəxsiyyətini dəqiq müəyyən edə bilmədiyindən 220041431 nömrəli cinayət işi üzrə icraat 20.02.2023-cü ildə dayandırılıb. Haqqında danışdığımız Firdovsi Rüstəmovun cinayət işi isə ötən ilin mart ayında həmin cinayət işindən ayrıca icraata ayrılıb Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, artıq çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs Rəhimov Vüsal Arzuman oğlu isə apellyasiya şikayəti verib.

Azər İsrafilov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

1-08-2022, 16:12

Aqşin Fatehin "kriminal" hərəkətlərinə qarşı açılmış cinayət işi Bakı Şəhər Prokurorunun nəzarətinə götürüdü

Cəmiyyət

4-08-2022, 14:06

Meyxanaçıya açılmış cinayət işi yenidən istintaqa verildi

Cəmiyyət / Şou-biznes

9-08-2022, 21:17

Meyxanaçı Aqşin Fateh həbs edilə bilər...?

Gündəm / Video / Ölkə / Olay

17-09-2022, 16:50

Aqşin Fatehin qoçuları yenidən onlardan şikayətçi olan restoran sahibinə hücum çəkdi...

Hadisə

8-02-2024, 15:49

Rövşən Əkbərovu həbs etdirən şəxs yenidən hakim qarşısında

Gündəm / Ölkə / Kriminal

12-02-2023, 20:52

KRİMİNAL DƏSTƏ TƏRƏFİNDƏN DÖYÜLƏN, TƏHQİR EDİLƏN və ALÇALDILAN ŞƏXSLƏR PREZİDENTƏ YENİDƏN MÜRACİƏT ETDİLƏR - VİDEO

Şou-biznes

5-07-2022, 12:52

Məşhur meyxanaçı botoks iddialarına cavab verdi - VİDEO

Araşdırma

29-08-2022, 13:12

Həbsxanadan restoranlar işlədən şəxs ittihamlara cavab verdi: “Məni qanunsuz həbs ediblər” Restoranlar isə mən həbs edilməmişdən varımdır...

Hadisə / Video

13-06-2022, 20:54

Aqşin Fateh tərəfindən döyülmüşəm, söyülmüşəm, amma mənim polisim məni qorumur

Kriminal

24-10-2023, 21:33

Dələduzluğa görə axtarışa verilən şəxs Azərbaycana gətirildi

Araşdırma

4-09-2023, 11:09

“Lotu Quli”nin adından istifadə edərək 12 milyonu ələ keçirən şəxsdən xəbər var Bu gün, 10:05

Cəmiyyət

31-07-2022, 14:40

Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu çıxdı

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
Dünən, 12:21
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
Dünən, 11:37
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
24-07-2026, 16:39
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
23-07-2026, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Xəbər lenti
  • Dünən, 21:31
    Təbrik mətnini BNTV.az adından daha səlis və rəsmi üslubda təqdim edirəm.
  • Dünən, 19:00
    Yanğınlar Madrid ərazisindən 70 min nəfərin təxliyə edilməsinə səbəb olub
  • Dünən, 18:30
    Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb
  • Dünən, 18:00
    İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
  • Dünən, 16:38
    Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır
  • Dünən, 16:21
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • Dünən, 16:04
    "Sədərək"də alver azalır: "Vəziyyət çox pisdir" (VİDEO)
  • Dünən, 15:29
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • Dünən, 15:13
    Prezident Milix Yevdayevi təltif etdi
  • Dünən, 14:56
    Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib
  • Dünən, 13:30
    Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
  • Dünən, 12:42
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • Dünən, 12:31
    Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
  • Dünən, 12:21
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • Dünən, 12:12
    Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
  • Dünən, 12:02
    Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
  • Dünən, 11:49
    "QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
  • Dünən, 11:37
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dünən, 11:25
    Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO
  • Dünən, 11:13
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dünən, 11:02
    Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA: "Dövlətin pulsuz dərmanlarını satırlar"-VİDEO
  • Dünən, 10:13
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dünən, 09:55
    Gəncədə raket zərərçəkənləri Prezident İlham Əliyevə müraciət edirlər: “Son ümidimiz Sizsiniz”
  • Dünən, 09:42
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dünən, 09:34
    Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
  • Dünən, 09:20
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dünən, 09:02
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 19:00
    ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 18:33
    Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
  • 24-07-2026, 18:16
    İran Küveyt və Bəhreyni vurdu
  • 24-07-2026, 17:56
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • 24-07-2026, 17:49
    PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
  • 24-07-2026, 17:29
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
  • 24-07-2026, 17:17
    Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
  • 24-07-2026, 17:05
    Milli Məclisin deputatı İranda səfərdədir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə