Sizin reklam burada 728×90
Son dəqiqə

Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb

18.01.2023 02:26 565 1 dəq oxunur
Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan ultv.info-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb .
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az