• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“TikTok”da söyüş söyən şəxsi görüşə çağırıb bıçaqladı: Dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTO

Kriminal

5-07-2023, 12:39

2021-ci il noyabrın 9-da Bakının Nizami rayonu Qara Qarayev prospektində 1991-ci il təvəllüdlü Natiq Ramazanov bıçaqlanır. Dərhal hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları əraziyə yollanır.

3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılan Ramazanov yolda keçinir. Onun meyiti elə xəstəxananın həyətində, Təcili Tibbi Yardım avtomobilində aşkar edilir.

Həmin gün 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Əli Musayev saxlanılıb. Anket məlumatlarına əsasən, Musayev 1982-ci ildə Ağdam rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 8-də Natiq Ramazanov “TikTok” sosial şəbəkəsində Əli Musayevin ünvanına nalayiq sözlər yazıb. Buna görə, ayın 9-da Əli zəng edib, Ramazanovla danışarkən, işlətdiyi söyüşlərə aydınlıq gətirmək üçün, onu görüşə çağırıb. Saat 16:30-da onlar Qara Qarayev prospekti, 31 ünvanında yerləşən özəl klinikanın qarşısında görüşərək, 37 nömrəli binaya doğru hərəkət ediblər. Həyətdə söhbət edərkən Əli Musayev Natiq Ramazanovdan sosial şəbəkədə, habelə zəngləşərkən işlətdiyi və yazdığı nalayiq ifadələrə görə ondan üzr istəməsini tələb edib. Ramazanov bundan imtina etdikdə, aralarında baş vermiş mübahisə zamanı Musayev bıçaqla onun sağ buduna xəsarət yetirib.

İş üzrə dindirilmiş Əli Musayev bildirib ki, ailəlidir, himayəsində 15 və 10 yaşlı övladları var. 1-ci qrup əlil olduğu üçün səhhəti ilə əlaqədar işləməyib:

Əli Musayev

“Noyabrın 8-i səhər saat 5 radələrində özümə məxsus telefonda "TikTok" şəbəkəsinə daxil olduqda, tanımadığım şəxs tərəfindən açılmış “canlı”ya baxırdım. Məndən sonra daxil olan Natiq Ramazanov şəxsi profilindən “özünüzə hörmət edin” deyə ismarıc yazdı. Həmin ismarıc bütün istifadəçilərə ünvanlanmışdı. Bunu təhqir kimi qəbul edərək, öz profilimdən “camaata hörmət dərsi keçənin burda nə işi var, get hörməti anandan öyrən” sözlərindən ibarət ismarıc yazdım. İsmarıcımı “canlı”da olan bütün şəxslər görüblər. Bundan sonra Natiq nömrəsini qeyd edib, söyüşlə ona yığmağımı tələb etdi. Dərhal qeyd olunan nömrəyə zəng etdim. Telefonu götürən şəxs məni təhqir etməyə başladı. Natiqə “söydüyü söyüşlərə görə dilini kəsəcəyimi” deyəndə, o, gəlib məni tapacağını və ailəmin qabağında məni cəzalandıracağını bildirdi. Natiqdən üzr istəməyini, istəməyəcəyi təqdirdə isə onu bıçaqla vuracağımı dedim.

Cavab olaraq Ramazanov yenə nalayiq ifadələr yazaraq, nömrəmi blok etdi. Ayın 9-u saat 17 radələrində Natiqə zəng edib, görüşmək istədiyimi söyləyəndə, o, istədiyim yerə gələ biləcəyini dedi. Onun təklifi ilə Qara Qarayev prospektində yerləşən klinikanın qarşısında görüşdük və söhbət etmək üçün 37 nömrəli binanın həyətinə gəldik. Yol boyu üzr istəməyi təklif etsəm də, Natiq bundan imtina etdi. Daha sonra həyətdə oturaraq, söhbət etməyə başladıq. Natiqə ikimizin də əsəbləşdiyimizi söyləyərək, bu söhbəti bağlamağı təklif etdim. Buna baxmayaraq Natiq yenə “üzr istəməyəcəyini” vurğuladı.
Əsəbiləşərək, onu cəzalandırmaq qərarına gəldim. Bıçaqla Natiqin sağ buduna bir zərbə vurdum. Bu zaman tanımadığım şəxs arxa tərəfdən bıçağı əlimdən aldı. Səs-küyə hadisə yerinə toplaşan insanlardan çoxlu qan itirməməsi üçün bel kəməri ilə Natiqin yarasını sıxmalarını xahiş etdim. Daha sonra yaşadığım evə gedərək, paltarlarımı dəyişdim. Məqsədim 25-ci Polis Şöbəsinə gedib təslim olmaq idi. Amma, evdən çıxanda binanın həyətində polis əməkdaşlarını gördüm. Şöbədə hadisəni danışaraq, səhv etdiyimi və əməlimdən peşman olduğumu qeyd etdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Akif Ramazanov ifadəsində göstərib ki, oğlu Natiq 2020-ci ildə leytenant rütbəsində olmaqla 2-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib:

“Özəl şirkətdə mühəndis vəzifəsində çalışırdı. Sakit təbiətli insan idi. 2021-ci il noyabrın 9-da evdə olanda övladımın morqda olması barədə məlumat aldım. Ora çatanda mənə Natiqin ölməsi məlum oldu. İstintaq zamanı bildim ki, aralarında baş vermiş mübahisə zamanı oğlumu bıçaq zərbəsi ilə Əli Musayev qətlə yetirib”.

Şahid Rövşən Məmmədov bildirib ki, Əli Musayev qonşusu olub. Ara-sıra məhəllədə görüşüblər, ibadət edən Əli daim onunla və digər tanışları ilə ibrətamiz söhbətlər edib:

“Noyabrın 8-də qonşum mənə göndərdiyi ismarıcda bir nəfərin internetdə ağır söyüşlər söydüyünü və onu söhbət etmək üçün Xırdalana çağırdığını bildirdi. Cavab olaraq Əliyə internetdə belə şeylərin tez-tez baş verdiyini, tərbiyəsiz adamların çox olmasını, buna görə də heç nəyə fikir vermək lazım olmamasını dedim. Bir neçə saatdan sonra görüşəndə, Əli yenə həmin söhbəti danışdı. Dedi ki, Natiq adlı şəxs mübahisəni həll etmək üçün Xırdalana getməyini istəyir. Əliyə qəti surətdə getməməyini bildirdim. Mənimlə razılaşan qonşum söz verdi ki, bir daha bu məsələyə qayıtmayacaq. Ayın 9-da həmişəki kimi idman etməkdən ötrü tanışım Hüseyn Şükürlü ilə Qara Qarayev prospekti, 37 ünvanına yollandıq. 1-ci qrup əlil olduğumdan ara-sıra əyləşdiyim əlil arabasından qalxaraq, idman alətlərindən tutub dartınma hərəkətləri edirdim. Həmin vaxt Əlinin tanımadığımız bir nəfərlə həyətə gəlib, söhbətgahda əyləşdiklərini gördük. Qonşum aralarında yaranmış mübahisəyə görə Natiq Ramazanovdan qarşılıqlı olaraq üzr istəməsini tələb etsə də, o, bundan imtina edirdi. Növbəti dəfə onlara tərəf baxanda, Əli ilə Natiqin ayağa qalxıb, bir-birinin yaxasından tutduqlarını gördük. Davanın qarşısını almaq üçün Hüseyn yaxınlaşmaq istəsə də, Əli yaxın gəlməməsini dedi. Bir neçə saniyədən sonra Natiqin paltarlarının qana bulaşdığını görüb Əlinin onu bıçaqla vurduğunu başa düşdük.

Hadisə yerinə xeyli adam toplaşmışdı. Həmin məhəllədə yaşayan Nadir adlı şəxs şalvarının bel kəmərini çıxararaq, çoxlu qan itirməməsi üçün Natiqin ayağına bağladı. Bizim kimi həyətdə idman edən Məhəmməd adlı oğlan təcili tibbi yardıma zəng edib, həmin ünvana gəlməklərini bildirdi. Hadisə yerinə gələn polis əməkdaşlarına dedim ki, cinayəti qonşum törədib və paltarlarını dəyişəndən sonra gəlib təslim olacaq. Təcili yardım briqadası həmin oğlanı xəstəxanaya apardı”.

Mobil telefonlara baxış keçirilərkən, Əli Musayevin istifadəsində olan telefon nömrəsi ilə Natiq Ramazanova məxsus telefon nömrəsi ilə noyabrın 8-i saat 05:53-də, 06:01-də, 06:20-də, noyabrın 9-u saat 14:32-də, 16:05-də, 16:15-də və 16:17-də danışıqlar aparılması müəyyən edilib.

Məhkəmə iclasında Əli Musayev ittiham üzrə özünü təqsirli bilib və mərhumun atasından üzr istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib. Dövlət ittihamçısı Əli Musayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Əli Musayevin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinərək, cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Əli Musayev 9 il müddətinə azadlıqdan məhrum olunub.

BakuNews.Az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

27-07-2022, 10:44

Bakıda yeniyetmələr arasında KÜTLƏVİ DAVA – 15 yaşlı oğlan öldü -YENİLƏNİB

Hadisə

18-08-2022, 09:57

Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Hadisə

20-07-2022, 14:25

Azərbaycanda ötənilki cinayətin üstü açılıb: Qadını ögey oğlu öldürübmüş

Olay

2-05-2023, 21:29

Sumqayıtda 7 yaşlı uşağın ölümündə təqsirləndirilən idman müəllimi - VİDEO

Hadisə

10-09-2022, 18:25

Qızının 16 yaşlı sevgilisini öldürüb gizlicə basdırdı

Hadisə

29-07-2022, 20:50

Azərbaycanda DƏHŞƏT: qısqanc qadın ərini öldürdü

Hadisə

29-07-2022, 17:30

Bərdədə qadın ərini qətlə yetirib

Hadisə

25-07-2022, 19:12

Azərbaycanda DƏHŞƏT: qardaşı arvadını hamamda başqa kişi ilə yaxaladı, hər ikisini öldürdü - TƏFƏRRÜAT / YENİLƏNİB

---

14-07-2022, 16:27

Leyla Mustafayeva qətlə yetirildi

Cəmiyyət

14-07-2022, 19:25

26 yaşlı oğlan bacısını öldürdü

Kriminal

3-07-2023, 16:00

Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb

Hadisə

21-07-2022, 19:09

Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 13:23
    Sabah Bakıda hava çiskinli olacaq
  • Bu gün, 13:14
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Bu gün, 12:44
    İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
  • Bu gün, 12:30
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Bu gün, 12:22
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Bu gün, 12:04
    Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
  • Bu gün, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Bu gün, 11:20
    Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların bərpa olunacağını bildirib
  • Bu gün, 11:14
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Bu gün, 10:54
    AGMA: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir
  • Bu gün, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Bu gün, 10:23
    İtaliya hərbçiləri Azərbaycana səfər edib
  • Bu gün, 10:10
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Bu gün, 09:51
    Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB
  • Bu gün, 09:28
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • Bu gün, 09:06
    Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Dünən, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Dünən, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Dünən, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə