Sizin reklam burada 728×90
Son dəqiqə

İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanıldılar -

08.09.2023 17:46 360 1 dəq oxunur
İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanıldılar -
Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq-mühafizə orqanlarına məlumat verilib.

Keçirilmiş kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan İslam Respublikası vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Wali Samsoor olmaları müəyyən edilərək saxlanılmaları həyata keçirilib.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozmaları müəyyən olunub.

Fakt üzrə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az