Sizin reklam burada 728×90
Son dəqiqə

Təcridxanaya tərlikdə narkotik keçirməyə cəhd edilib

02.10.2023 19:38 553 1 dəq oxunur
Təcridxanaya tərlikdə narkotik keçirməyə cəhd edilib
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, həbs edilmiş şəxs Ceyhun Sarvan oğlu Behbudova xalası oğlu Novruz Xanbaba oğlu Babayev tərəfindən gətirilmiş sovqatda olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 1,048 qram heroin və ümumi çəkisi 0,674 qram marixuana və ümumi çəkisi 0,929 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az