Sizin reklam burada 728×90
Son dəqiqə

Arıqlamaq üçün ən təsirli üsul açıqlandı

29.06.2023 10:26 451 1 dəq oxunur
Arıqlamaq üçün ən təsirli üsul açıqlandı
Çikaqo İllinoys Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, kaloriləri hesablayan pəhriz arıqlamaq üçün fasiləli aclıqdan daha təsirlidir.

Araşdırmada 77 nəfər iştirak edib və onlar üç qrupa bölünüb. Birinci qrup kalori hesablama pəhrizinə riayət edib, ikinci qrup vaxt üzrə qidalanıb, üçüncü - nəzarət qrupu isə yemək vərdişlərini dəyişməyib.

Bir ildən sonra iştirakçıların göstəricilərini müqayisə edən alimlər müəyyən ediblər ki, kalori hesablayanlar digərlərinə nisbətən daha çox arıqlayıblar. Onlar nəzarət qrupundan orta hesabla 5,4 kiloqram çox çəki itiriblər. Fasiləli aclıq edənlər isə pəhriz saxlamayanlara nisbətən 4,6 kiloqram çox arıqlayıblar.
Dietoloq və tədqiqatın aparıcı müəllifi Şuhao Linin sözlərinə görə, arıqlamağın hər iki üsulu təxminən eyni effektivliyə malikdir, lakin arıqlayanlar arasında ən populyarı vaxt məhdudiyyəti olan pəhrizdir.
(Mənbə: lenta.ru)

BakuNews.Az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az