Sizin reklam burada 728×90
Son dəqiqə

“Görüş yerini dəyişmək olmaz”ın aktyoru vəfat etdi

13.05.2024 20:49 598 1 dəq oxunur
“Görüş yerini dəyişmək olmaz”ın aktyoru vəfat etdi
Rusiyalı aktyor, kaskadyor, şair və yazıçı Vladimir Jarikov 85 yaşında vəfat edib.

Bu haqda Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Jarikovun yaradıcı tərcümeyi-halında həm aktyor, həm də kaskadyor kimi iştirak etdiyi 80-dən çox film layihəsi var.

Onun iştirakı ilə çəkilmiş filmlər arasında “D’Artanyan və üç muşketyor”, “Görüş yerini dəyişmək olmaz”, “XX əsrin quldurları” yer alır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az