Sizin reklam burada 728×90
Son dəqiqə

Şimali Kaliforniyadakı soydaşlarımızın İcma Düşərgəsi layihəsi gerçəkləşdirilib

02.09.2022 10:45 817 1 dəq oxunur
Şimali Kaliforniyadakı soydaşlarımızın İcma Düşərgəsi layihəsi gerçəkləşdirilib
Şimali Kaliforniyada yerləşən Cozef D.Qrant Parkında soydaşlarımızın İllik İcma Düşərgəsi təşkil edilib.


Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi və Kaliforniyada yaşayan azərbaycanlıların birgə həyata keçirdiyi layihənin başlıca məqsədi həmvətənlərimizin birliyinin və həmrəyliyinin gücləndirilməsidir.

Layihə çərçivəsində azərbaycanlı ailələrdə böyüyən uşaqların bir-biri ilə yaxından tanış olması üçün “Mədəniyyət Günləri Düşərgəsi” də təşkil olunub. Üç gün ərzində fərqli oyunlar vasitəsilə uşaqlara Azərbaycan taixi, dili, mədəniyyəti, coğrafiyası, milli-mənəvi dəyərləri barədə bilgilər verilib, filmlər nümayiş etdirilib, dostluğun və komanda işinin prinsipləri izah edilib. Uşaqlar yeniyetmələr üçün Palo Alto Muzey və Zooparkını da ziyarət ediblər.

İcma düşərgəsi iştirakçıları arasında tanınmış Azərbaycan idmançısı, qaydasız döyüş üzrə "Fury FC 57 – UFC Fight Pass" turnirinin çempionu Hüseyn Əliyev də olub. Onunla görüş və çempionluq kəmərini öz üzərində görmək uşaqlarda böyük maraq doğurub.

Düşərgənin sonuncu günü uşaqlar arasında “Talant Şou”və digər maraqlı yarışlar keçirilib. Müsabiqə iştirakçılarına müxtəlif setrifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgəyə Şimali Kaliforniyadakı türk icmasının təmsilçiləri də qatılıblar.

Bu layihəni aşağıdakı linklərdən izləmək mümkündür:

bakunews.az

https://www.youtube.com/watch?v=o6KubppWXl8
https://www.youtube.com/watch?v=5DFoN6hUGAs&t=3s





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az