• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

3 İldir yoxa çıxan Generalın polkovnik qohumu da sələm mafiyasında imiş... – Siyahıda daha kimlər var?

Ölkə

29-12-2022, 23:16

Artıq bir ildən çoxdur ki, "Günay bank” ASC-nin idarə heyətinin sədr müavini, Emin Zeynalov həbsdədir. Özü də nə az, nə çox, düz yüz milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə, bankın "əmanətçilərini” aldatmaqda təqsirli bilinərək Cinayət məcəlləsinin 178.4-cü (külli miqdarda dələduzluq) maddəsi ilə həbs olunub. Əslində gəlin baxaq, görək aldadılan şəxslər kimlərdir və hansı əmanətçilərdən söhbət gedir. Bu günə qədər cinayət işi barədə çox yazılar yazılsa da, zərərçəkənlər barədə heç bir məlumat verilməyib. Emin Zeynalovun ətrafında olanlar, ona pullarını etibar edənlər barədə danışmaq istəyirik.

Hamısı bank sahəsində çalışan və ya bankla yaxın, eləcə də uzaq keçmişdə əlaqəsi olan şəxslərdir. Kənardan vəsaitlərin cəlb olunmasını təşkil edən şəxs, həm də təhrikçisi kimi fəaliyyətini həyata keçirən, elə Emin Zeynalovun yaxın qohumu Məmmədov Fərid Məmməd oğlu olub. Əvvəllər "Beynəlxalq bank”da və qalmaqalla yaddaşlarda qalan "Texnikabank”da filial müdiri olan Fərid Məmmədov sonda "Günay bank” ASC-nin filial müdiri işləyib.


Həmin bankda yüksək vəzifədə olanda Emin Zeynalov bu məşhur maliyyə "kombinatorunun” vasitəsi ilə külli miqdarda gəlir əldə edib. Bir sözlə, sələmçilik yolu ilə əldə etdiyi vəsaitlərin hesabına öz imkanlarını genişləndirib. Belə ki, Fərid Məmmədovun Emin Zeynalovla tanış etdiyi şəxslərin sırasında vaxtıilə Gəncə şəhərinin birinci katibi işləmiş Bağırov Tofiq Məsim oğlunun nəvələri – Bağırov Tural Şamil oğlu və Bağırov Elgünün də adı var.

Qeyd edək ki, bu şəxslərin adları hazırda Emin Zeynalovun cinayət işində zərərçəkmiş qismində keçir. Belə ki, hazırda Tural Bağırov "Beynəlxalq bank”ın Sumqayıt filialının müdiridir. İstintaq materialları ilə tanış olanda görmək olur ki, Tural Bağırov mənbəyi məlum olmayan 850 min ABŞ dolları və 100 min manat pulunun Emin Zeynalovda batdığını iddia edir.

Belə ki, Emin Zeynalov 2017-ci ilin yanvar ayında "Günay bank” ASC-yə işə gəldikdən sonra Tural Bağırov mütəmadi olaraq Emin Zeynalova sələmə pullar verib, hər dəfə də yüksək faizlərlə pullarını geri alıb. Ümumilikdə bu dövriyyənin 20 milyon manata yaxın olması ehtimal edilir. Ortaya belə bir sual çıxır ki, görəsən Tural Bağırovda bu qədər böyük məbləğdə pullar haradandır? Hətta Tural Bağırov öz üzərindən izi azdırmaq üçün bu pulların Sumqayıt şəhərinin İcra Başçısı Zakir Fərəcova məxsus olması barədə ayrı-ayrı şəxslərin vasitəsi ilə ictimaiyyətə informasiya sızdırıb.


Ancaq görünən odur ki, Tural Bağırov vəzifəsindən sui-istifadə edərək, "Beynəlxalq bank”ın pullarını qeyri-rəsmi olaraq sələmə buraxıb, hətta qısa müddətdə 350 min dollardan artıq xeyir də götürməyə nail olub. Ancaq bankirin gözünü asan yolla qazanılan pullar o qədər tutub ki, risk amilini nəzərə almayıb. Əgər indi Emin Zeynalov həbs olunmasaydı, Tural Bağırov onun hesabına qeyri-qanuni yollarlarla daha çox gəlir əldə edəcəkdi.

Gəlin baxaq görək necə olur ki, Tural Bağırov "öz vəsaitlərini” ölkənin ən məşhur bankı olan "Beynəlxalq bank”da filial müdiri ola-ola bu banka etibar etməyərək, "Günay bank”a, Emin Zeynalova etibar edib? Sadə məntiqlə buradan belə qənaətə gəlmək olar ki, Tural Bağırov dövlət bankının pullarını qanunsuz olaraq digər banka sələmə verərək böyük varidata sahib olub.


Belə fəaliyyətə isə hüquqi qiymət vermək ölkənin hüquq mühafizə orqanlarının, həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, "Mərkəzi Bank”ın və Maliyyə Nazirliyinin üzərinə düşür. Yəqin ki, yaxın vaxtlarda hüquq-mühafizə orqanları Emin Zeynalovun işində "zərərçəkmiş” kimi tanınan bankirlər barədə araşdırma aparacaq və cinayət işində göstərilən məbləğləri hansı mənbələrdən əldə etdikləri, sələmçilik yolu ilə qazandıqları qeyri-qanuni pulları haralara yatırdıqlarını üzə çıxaracaqlar.

Bu gün maraqlıdır ki, Emin Zeynalova sələmə pul verən şəxslər həmin pulların özlərinə yox, tamam başqa şəxslərə aid olduqlarını bildirirlər. Yəqin ki, Tural Bağırovun əməllərindən "Beynəlxalq bank”ın rəhbərliyinin xəbəri yoxdur. Ən azı "Beynəlxalq bank”ın rəhbərliyi bu əməllərinə görə, Tural Bağırovu işində saxlamaz.


Onu da bildirək ki, Tural Bağırovla yanaşı onun əmisi oğlu da Emin Zeynalovun əleyhinə ifadə verən şəxslər sırasındadır. Elgün Bağırov əvvəllər Bank sektorunda çalışsa da, sonradan biznes fəaliyyətinə başlayıb və sələmçiliklə pul qazanmağa girişib. Hazırda Emin Zeynalovdan 1.8 milyon dollar tələb edən Elgün Bağırov qızıl və zinət əşyaları alverçisi kimi tanınır. Belə ki, onun şəhərin mərkəzində yerləşən ticarət mərkəzlərində qızıl dükanları fəaliyyət göstərir.

Fərid Məmmədov vasitəsi ilə Emini tanıyan Elgün Bağırov da sələmçilik yolu ilə böyük varidata sahib olanlardandır. Həmçinin, Elgün Bağırovun bahalı maşınların alqı-satqısı ilə məşğul olduğu deyilir. İstintaq materialları ilə tanış olduqda, sələmçilik yolu ilə nəinki bankirlərin, hətta ölkənin yüksək çinli hüquq-mühafizə orqanlarının əməkdaşlarının da məşğul olduğu da üzə çıxır. Belə ki, Elgün Bağırovun dayısı, 7 saylı Yevlax şəhər DYP Qeydiyyat – imtahan şöbəsinin rəisi, polis polkovniki Elxan Əliyev də Emin Zeynalov vasitəsilə pul qazanan şəxlərdən olub.


Qeyd edək ki, Elxan Əliyev Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovuvn yaxın qohumudur. Elxan Əliyev korrupsiya yolu ilə qazandığı pullarını Fərid Məmmədov vasitəsilə dövriyyəyə buraxaraq yaxşı qazanc əldə edib. Ancaq Emin Zeynalov həbs olunduqdan sonra Elxan Əliyev pullarını Emin Zeynalovdan yox, azadlıqda olan Fərid Məmmədovdan tələb etməyə başlayıb. Təbii ki, istintaqa Elxan Əliyev izahat versə də, adı hazırda zərərçəkənlər siyahısında yoxdur.

Qeyd edək ki, Elxan Əliyev "Azərsığorta” şirkətinin İdarə heyətinin sədri "Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun kürəkənidir. Belə ki, Məmməd Məmmədovun oğlu Elmar Məmmədov 2015 – 2016 cı illərdə "Beynəlxalq bank”ın idarə heyətinin sədri olub, sonra isə "qara pul əməliyyatlarına” və vəzifəsindən sui-istifadəyə görə işdən uzaqlaşdırılıb. Adı sadalanan şəxslərlə yanaşı Fərid Məmmədov öz yaxın çevrəsində olan digər imkanlı şəxsləri də sələmçiliklə pul qazanmağa cəlb edib. F.Məmmədov "dayı” dediyi, Bakıda yerləşən Gön-dəri zavodunun keçmiş direktoru Fuad müəllimin həyat yoldaşı Rəna xanımdan 400 min dollar, ailənin yaxın üzvü Sultanxanım Nəsibovadan 600 min dollar alaraq onları da sələmçiliyə cəlb edib. Ancaq təbii ki, Emin Zeynalov həbs olunduqdan sonra həmin şəxslər pullarını Fərid Məmmədovdan tələb etməyə başlayıb və verdikləri izahatlarda da məhz Fərid Məmmədovu tanıdıqlarını bildiriblər.

Qeyd edək ki, Sultanxanım Nəsibova əvvəllər "Kapital bank”ın İnsan resursları departamentinin direktoru vəzifəsində çalışıb. Emin Zeynalovun hesabına öz imkanlarını genişləndirən Fərid Məmmədov həmin şəxslərin pullarını qaytarıb. Səbəb isə odur ki, dayısı Fuad müəllim vəfat etdikdən sonra onun biznesinə, obyektlərinin icarəyə verilməsinə məhz Fərid Məmmədov nəzarət edir. Əsas gəlir gətirən obyekt isə keçmiş Gön-dəri zavodudur. Hazırda həmin zavodun ərazisi bir-neçə hissəyə bölünərək Fərid Məmmədov tərəfindən iş adamlarına icarəyə verilib. Yuxarıda adı çəkilən şəxslərin əməlləri onu göstərir ki, bu şəxslər Emin Zeynalov vasitəsilə çirkli pulların yuyulmasına nail olublar. Belə ki, həmin şəxslər həm "öz vəsaitlərindən”, həm işlədikləri bankların pullarından, həm də digər şəxslərin vəsaitlərindən sələmçilik yolları ilə külli miqdarda gəlirlər əldə ediblər.

Sonda onu da qeyd edək ki, Fərid Məmmədov bu işə rəhbərlik etdiyi müddətdə Emin Zeynalovdan sələmçilik yolu ilə təxminən 5 milyon manatdan artıq yüksək faizlə pul alıb.//Yeniçağ


ANONS:
1. Ramiz Zeynalov hardadı...?
2. Ramiz Zeynalovun 3- ildir fəaliyyət göstərməməsi nə qədər doğrudur...?
3. Genral hansı xətəlikdən əziyyət çəkir...?

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-07-2022, 14:40

Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu çıxdı

Cəmiyyət

6-08-2022, 22:00

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı

Maraqlı

26-08-2022, 15:32

Xanlar Vəliyevin qardaşına 1 milyon manat "atan" şəxsə cəza istənildi - MƏHKƏMƏ

Olay

14-12-2022, 10:12

Vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb - FOTO

Cəmiyyət

29-07-2022, 11:30

Başqalarının maşınlarını SATIŞA QOYDULAR -FOTO

Hadisə

11-08-2022, 12:51

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

Cəmiyyət

11-08-2022, 18:59

"Baku Steel Company”nin sabiq rəhbərinin məhkəməsi başlayır

Cəmiyyət

22-06-2022, 12:07

Tağı Əhmədovdan sələmə iki milyon manat aldığını deyən şəxsin cəzası azaldılıb

Cəmiyyət

2-08-2022, 18:40

"12-ci imam"ın cinayət işi: Aqil Babayev 2.5 milyon manatı necə ələ keçirib?

Cəmiyyət

14-07-2022, 09:45

Beynəlxalq narkoşəbəkənin üzvü olan 2 azərbaycanlı saxlanıldı

Bölgə

6-05-2023, 00:53

Vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanılıb

İqtisadiyyat

14-01-2023, 22:02

Kapital Bankın reklamlarına aldanıb onu seçməyin.... - sadə kartlarda mənfi balans temaları YALANÇILAR

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
Dünən, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Dünən, 09:20
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
2-09-2026, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Xəbər lenti
  • Dünən, 19:00
    Petr Pavel: Çexiya Ermənistanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır
  • Dünən, 18:30
    Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
  • Dünən, 18:18
    Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
  • Dünən, 18:13
    "İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub
  • Dünən, 18:04
    Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
  • Dünən, 17:55
    “Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
  • Dünən, 17:38
    Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH
  • Dünən, 17:27
    Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
  • Dünən, 17:05
    Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb
  • Dünən, 16:49
    Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
  • Dünən, 16:24
    Şagirdlərin yerdəyişməsi dayandırılır
  • Dünən, 16:15
    “Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi
  • Dünən, 15:41
    Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub
  • Dünən, 15:31
    Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar – Video
  • Dünən, 15:15
    "Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
  • Dünən, 14:51
    Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
  • Dünən, 14:28
    Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
  • Dünən, 14:12
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
  • Dünən, 13:11
    Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:05
    Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya- FOTOLAR
  • Dünən, 12:10
    "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
  • Dünən, 11:48
    Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib
  • Dünən, 11:23
    “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
  • Dünən, 11:04
    Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək
  • Dünən, 10:53
    Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
  • Dünən, 10:29
    FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
  • Dünən, 10:07
    Sakinlər piyada yolunu zəbt edən "Möçüzə bazarı"nın sökülməsini istəyir - "Bezmişik..." VİDEO
  • Dünən, 09:48
    Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq
  • Dünən, 09:20
    Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 09:10
    “X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
  • Dünən, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-09-2026, 23:08
    “Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
  • 2-09-2026, 19:00
    Rəhman Hacıyev: Mina problemi müharibələr bitəndən sonra da aktuallığını itirmir
  • 2-09-2026, 18:30
    Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
  • 2-09-2026, 18:25
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə